
Şəxsiyyəti müəyyənləşdirilən 3 itkin şəhid dəfn ediləcək.
Primeinfo.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Bildirilib ki, Birinci Qarabağ Müharibəsində itkin düşən, daha sonra nəşi tapılaraq nəşi müəyyənləşdirilən Cəfərov Rafiq Şirvan oğlu, Həziyev Ələddin Həzi oğlu, Sadıqov Zaur İmamqulu oğlu mayın 15-də Füzuli rayonunda dəfn ediləcək. Onlardan Rafiq Cəfərov Əbdülrəhmanlı kənd qəbirstanlığında, digər iki şəhid isə İşıqlı kənd qəbiristanlığında torpağa tapşırılacaq.
