“Uzun illər sürən müharibədən sonra qonşu Ermənistanla münasibətlərin qurulması Azərbaycanın regionda sülh və sabitliyə nail olmağa can atdığını təsdiqləyir”. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyasında çıxışında deyib. H.Hacıyevin sözlərinə görə, Azərbaycan Qlobal Cənubun bir hissəsi kimi öz təcrübəsində işğal və hərbi təcavüzlə üzləşib: “Hələ altı il əvvəl ölkəmizin ərazisinin təxminən 20%-i işğal altında idi.
“Beynəlxalq qurumların, xüsusən də BMT Təhlükəsizlik Şurasının mövcud strukturu müasir dünyanın reallıqlarını əks etdirmir. Bu qurumda Qlobal Cənubun səsi kifayət qədər eşidilmir və ədalətli coğrafi təmsilçilik təmin olunmayıb”.
Hikmət Hacıyev dövlət və hökumət başçılarının diplomatik köməkçilərinin toplantısında iştirak edib
“Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Budapeştdə Macarıstanın baş nazirinin Milli Təhlükəsizlik üzrə baş məsləhətçisi Marsell Biro ilə görüşüb.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin Xarici İşlər nazirliklərinin siyasi direktorları ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” səhifəsində bildirib. Hikmət Hacıyev görüş zamanı səmərəli fikir mübadiləsi apardıqlarını qeyd edib.
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda səfərdə olan Türkiyə Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Cənubi Qafqaz Baş İdarəsinin rəisi, səfir Mehmet Samsarla görüşüb.
Azərbaycan və Ermənistan arasında tarix yazılır.
ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır, lakin Bakı bu məsələni Vaşinqtonla müzakirə etməyib. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “The National” nəşrinə müsahibəsində bildirib. “Vəziyyət proqnozlaşdırılmazdır və bununla əlaqədar yarana biləcək bütün təhdid və çağırışları düzgün qiymətləndirmək çətin olacaq”, – o deyib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasovla görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar və 2025-ci ilin nəticələrini yüksək qiymətləndirərək onu Türkmənistan-Azərbaycan münasibətləri tarixində yeni, parlaq bir səhifə kimi səciyyələndiriblər.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukrayna səfiri Yuri Qusevlə görüşərək strateji tərəfdaşlığı müzakirə edib. Primeinfo.az xəbər verir ki, bu barədə səfir “X” hesabında yazıb. Bildirilib ki, görüş çərçivəsində 2025-ci il nəticələri və 2026-cı ildə strateji tərəfdaşlığı daha da gücləndirmək üçün addımlar müzakirə edilib.