
“Dünən Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğında zərərçəkən “KontaktHome” və “Birmaket” şirkətlərinin rəhbərliyinə və kollektivinə dərin üzüntümüzü bildirir, səbir və dəstəyimizi ifadə edirik”.
Primeinfo.az xəbər verir ki, bu barədə “Veysəloğlu” Şirkətlər Qrupunun yaydığı məlumatda deyilir.
Qeyd edilir ki, Lökbatanda anbar sahəsində çıxan yanğın xəbəri onları dərindən üzüb:
““Veysəloğlu” Şirkətlər Qrupu olaraq bu çətin məqamda yanınızda olduğumuzu bildirir, hadisədən zərər çəkən hər kəsə keçmiş olsun deyirik. Əminik ki, peşəkar komandanızın gücü ilə yaranmış vəziyyət qısa zamanda aradan qaldırılacaq. Sizə səbir, güc və fəaliyyətinizin tezliklə tam bərpasını arzulayırıq”.
