
Azərbaycanın ilk ictimai bulud platforması olan “AZINCLOUD” istifadəçilərə “istifadə etdiyin qədər ödə” (Pay-as-you-go) modelini təklif edir.
Primeinfo.az xəbər verir ki, “AZINCLOUD” biznesləri maliyyə yükündən azad edərək, ilkin sərmayə olmadan, istifadə olunan resurslara görə ödəniş etmək və İT xərclərini optimallaşdırmaq imkanı yaradır.
Ödəniş üçün abunəçinin platformada bank kartı detallarını bir dəfə qeyd etməsi kifayət edir və hər ayın sonunda istifadə olunan xidmət həcminə uyğun müvafiq məbləğ avtomatik balansdan çıxılır. Eyni zamanda, sistem vasitəsilə hər bir müştəri şəxsi hesabından ödəniş tarixçəsinə maneəsiz nəzarət edə bilir. Platforma Azərbaycan dilində interfeysə malikdir və bütün xidmətlər Azərbaycan manatı ilə təqdim edilir. Bu amillər isə əlavə bank komissiyalarını aradan qaldırır.
Qeyd edək ki, istifadəçilər istənilən vaxt abunəliyini sonlandırma hüququna da malikdir.