Xəbər axtarın

Son axtarış nəticələri:

Lökbatanda yanğının söndürülməsinə 2 helikopter cəlb olundu - FOTO - VİDEO - YENİLƏNİB 

12.05.2026 10:51

Lökbatanda yanğının söndürülməsinə 2 helikopter cəlb olundu - FOTO - VİDEO - YENİLƏNİB 

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Primeinfo.az xəbər verir ki, yanğının söndürülməsi əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətləri, Aviasiya dəstəsi və Bakı Regional Mərkəzinin ümumilikdə 182 nəfərdən ibarət şəxsi heyəti, 40 ədəd xüsusi təyinatlı texnikası və 2 helikopteri cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

10:00

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Primeinfo.az-a bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

FHN-nin xilasediciləri tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir.

Yanğının geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

***

09:09

Bu gün səhər saatlarından Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Bakı Logistika”ya məxsus anbarda yanğın başlayıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, çoxsaylı yanğınsöndürən texnika, canlı qüvvə və helikopterlər cəlb olunub.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hazırda hadisə yerindədir.

Hadisənin naqillərdəki qısaqapanma səbəbindən baş verdiyi bildirilir.

Yanğının digər anbarlara keçməsinin qarşısı alınır.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya xəsarət alan yoxdur.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

 

Paylaş: