Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Fövqəladə Hallar Nazirliyi (FHN)

Bakıda çoxmərtəbəli binada baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakıda çoxmərtəbəli binada baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakının Nəsimi rayonunun Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binanın mənzilində yanğın başlayıb. Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yasamalda yanğında ölənlərdən biri də son mənzilə yola salındı

Yasamalda yanğında ölənlərdən biri də son mənzilə yola salındı

Dünən Yasamalda baş verən güclü yanğın zamanı həlak olanlardan biri də Samir Kamal oğlu Məmmədovdur. Primeinfo.az “Sumqayit24.az”a istinadən xəbər verir ki, o, bu gün Köhnə Saray qəbiristanlığında dəfn edilib. Qeyd edək ki, mərhumun ailəsi də hazırda reanimasiyadadır.

Ağcabədidə üçotaqlı ev yandı

Ağcabədidə üçotaqlı ev yandı

Ağcabədi rayonunda fərdi yaşayış evində yanğın olub. Primeinfo.az xəbər verir ki, hadisə rayon ərazisində yerli sakin Famil Hüseynova məxsus üçotaqlı evdə qeydə alınıb. Hadisə yerinə Ağcabədi Rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Ağdamda ev yanır - FOTO - YENİLƏNİB

Ağdamda ev yanır - FOTO - YENİLƏNİB

Ağdamda yaşayış evi yanır. Primeinfo.az xəbər verir ki, hadisə rayonun Əfətli kəndi ərazisində baş verib. Hadisə yerinə yerli yanğınsöndürən briqadaları cəlb olunub.

FHN Lənkəranda təlim keçirdi - VİDEO

FHN Lənkəranda təlim keçirdi - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən noyabrın 18–21-də Lənkəran şəhərində taktiki-xüsusi təlim keçirilib. Primeinfo.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb. Bildirilib ki, təlimə nazirliyin Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin, Cənub Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, eləcə də Daxili İşlər Nazirliyinin Lənkəran şəhər-rayon Polis Şöbəsinin,Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Lənkəran şəhər bölməsinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının, Lənkəran Regional Qaz İstismar İdarəsinin, “Azərenerji” ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin, “Aztelekom” MMC-nin Cənub Regional filialının və Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin qüvvə və vasitələri cəlb olunub.

Könül Vəlibəyli yanğında həlak oldu

Könül Vəlibəyli yanğında həlak oldu

Azərbaycan Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli noyabrın 21-də Yasamal rayonu Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli binada baş verən yanğında həlak olub. Primeinfo.az xəbər verir ki, onun qızı Ləman da tüstüdən zəhərlənib və reanimasiyaya yerləşdirilib. Həkimlər durumunun ağır olduğunu bildirir.

Yasamalda yanğında 3 nəfər öldü, 20 nəfər zəhərləndi - RƏSMİ - YENİLƏNİB

Yasamalda yanğında 3 nəfər öldü, 20 nəfər zəhərləndi - RƏSMİ - YENİLƏNİB

Bu gün 19:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb. Primeinfo.az xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi məlumat yayıb. Çağırış ünvanına 18 təcili tibbi yardım briqadası cəlb olunub.