Son günlər beynəlxalq informasiya məkanında hantavirus infeksiyası ilə bağlı yayılan məlumatlarla əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ictimaiyyətə bildirir ki, ölkəmizdə epidemioloji vəziyyət sabitdir və narahatlıq üçün əsas yoxdur.
Hazırda hantavirusun yayılma riski aşağıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib.
Hantavirus aşkarlanan gəmidən təxliyə edilən üç Türkiyə vətəndaşının test nəticələri neqativ çıxıb. Primeinfo.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasında bildirilib ki, tövsiyə olunan müddət ərzində onlar karantində saxlanılacaqlar, vəziyyətləri müntəzəm olaraq yoxlanılacaq.
Son günlərdə hantavirusla bağlı xəbərlər dünyada diqqət çəkir. Xüsusilə xəstəliyin ağır gedişi və ölüm riski barədə xəbərlər narahatlıq yaradıb. Primeinfo.əz Oxu.az-a istinadən xəbər verir ki, Argentinadan Kabo-Verdeyə gedən 150-dən çox sərnişinin və 61 ekipaj üzvünün olduğu Niderlanda məxsus “MV Hondius” kruiz laynerində hantavirusla bağlı yoluxma halları qeydə alınıb.
“MV Hondius” kruiz laynerində baş verən epidemiya ilə əlaqəli olduğu ehtimal edilən iki yeni hantavirusa yoluxma halı İspaniyada və Atlantik okeanının cənubundakı Tristan-da-Kunya arxipelaqında qeydə alınıb. Primeinfo.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi yayıb. Bildirilir ki, yoluxmalardan biri İspaniyanın Alikante əyalətində hantavirus simptomları müşahidə olunan 32 yaşlı qadınla bağlıdır.
Hazırda Azərbaycan ərazisində hantavirus infeksiyasına şübhəli və ya təsdiqlənmiş yoluxma halları qeydə alınmayıb.