
ABŞ-İran danışıqlarının çətin tərəfləri olduğu kimi, yaxşı tərəfləri də var. Belə ki, hər iki tərəf müharibənin bitməsini və Hörmüz boğazının açılmasını istəyir.
Primeinfo.az-ın xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada qətərli həmkarı ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, əsas məsələ bunu yazılı mətndə necə ifadə etməkdədir: “Hazırda mübadilə edilən mesajların təbiəti bir qədər belədir. İnşallah, nəticə əldə olunar, başqa cür düşünmək belə istəmirik”.
Hakan Fidan qeyd edib ki, müharibə dünyaya potensial dağıntılar gətirir, Hörmüz boğazı açılmalıdır.