Xəbər axtarın

Son axtarış nəticələri:

Sabirabadda zəncirvari yol qəzası: 1 ölü, 8 yaralı - FOTO

12.05.2026 11:25

Sabirabadda zəncirvari yol qəzası: 1 ölü, 8 yaralı - FOTO

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

Primeinfo.az-ın məlumatına görə, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.

Üç nəqliyyat vasitəsinin toqquşması nəticəsində 2000-ci il təvəllüdlü Ələsgərov Bəxtiyar, 1990-cı il təvəllüdlü Əhmədova Xalidə, 1970-ci il təvəllüdlü Allahverdiyeva Arifə, 1975-ci il təvəllüdlü Xudiyev Emin, 1964-cü il təvəllüdlü Turabov Mürvət və daha iki nəfər xəsarət alıb.

Sabirabad rayonunun Qaragüney kənd sakini, 1978-ci il təvəllüdlü Qurbanov İbrahim Səxavət oğlunun həyatını isə xilas etmək mümkün olmayıb.

Xəsarət alanlar Şirvan Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, Sabirabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 8 nəfər (5-i kişi, 3-ü qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib: “Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir”.

Faktla bağlı araşdırma aparılır.

Sabirabadda zəncirvari yol qəzası: 1 ölü, 8 yaralı - FOTO Sabirabadda zəncirvari yol qəzası: 1 ölü, 8 yaralı - FOTO Sabirabadda zəncirvari yol qəzası: 1 ölü, 8 yaralı - FOTO Sabirabadda zəncirvari yol qəzası: 1 ölü, 8 yaralı - FOTO

 

 

Paylaş: