
Güney azərbaycanlı siyasi fəal, Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi sağlamlıq durumu ilə bağlı artan narahatlıqlar fonunda girov müqabilində həbsxanadan zaminə buraxılıb.
Primeinfo.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Bildirilib ki, o, Zəncandakı xəstəxanada 10 gün qaldıqdan sonra şərti cəza və böyük girov müqabilində azad edilib və təcili yardımla Tehrandakı xəstəxanaya aparılıb.
Tərəfdarları daha əvvəl N.Məhəmmədinin həbsdə olarkən iki dəfə infarkt keçirdiyini bildiriblər.
Həyat yoldaşı Tağı Rəhmani isə Nərgiz Məhəmmədinin həyatının təhlükədə olduğunu söyləyib.