Xəbər axtarın

Son axtarış nəticələri:

Baham adalarında turistlərə  alkoqol QADAĞASI

11.05.2026 13:45

Baham adalarında turistlərə  alkoqol QADAĞASI

Baham adalarında keçiriləcək ümumi seçkilərlə əlaqədar mayın 12-də alkoqol satışına müvəqqəti qadağa tətbiq olunacaq.

Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Məlumata görə, qadağa yerli vaxtla saat 08:00-dan 18:00-dək qüvvədə olacaq və ölkə ərazisində bütün alkoqollu içkilərin satışına şamil ediləcək.

Məhdudiyyət turistlərə və kruiz sərnişinlərinə də təsir edəcək. Qadağa “Royal Caribbean” şirkətinə məxsus CocoCay kimi özəl kruiz adalarında da tətbiq olunacaq.

Şirkət bildirib ki, sahildə yerləşən barlarda alkoqol satılmayacaq, lakin kruiz gəmilərinin özündə içkilər əlçatan olacaq.

Bəzi sərnişinlər isə qərarın səfərə az müddət qalmış açıqlanmasından narazılıq ediblər.

Sosial şəbəkədə paylaşım edən turistlərdən biri bildirib ki, 40 illik evlilik yubileyini qeyd etmək üçün planlaşdırdıqları kruiz səfərində belə bir məhdudiyyətlə qarşılaşacaqlarını əvvəlcədən bilməyiblər.

Paylaş: