Xəbər axtarın

Son axtarış nəticələri:

Son 10 ilin ən yüksək göstəricisi: Azərbaycan Kubokunda REKORD

11.05.2026 14:28

Son 10 ilin ən yüksək göstəricisi: Azərbaycan Kubokunda REKORD

Azərbaycan Kuboku: Cari mövsümdə tamaşaçı sayı son 10 ilin ən yüksək göstəricisi kimi yadda qalıb
Futbol üzrə Azərbaycan Kubokunun 2025/2026 mövsümünün baş tutan 38 oyununu 41 min 895 tamaşaçı izləyib.

Primeinfo.az Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, son 10 mövsümdə ən yüksək göstəricidir.

Orta göstərici isə 1102-yə bərabərdir. Bu, indiki formatda – bütün klubların qatıldığı, təsnifat mərhələlərinin təşkil olunduğu və 39 matçdan ibarət mövsümlər üçün rekord göstəricidir. Bu formata ardıcıl 3-cü dəfə üstünlük verilir.

Azərbaycan Kuboku 18-ci dəfə PFL-in bayrağı altında təşkil olunub. 2008-ci ildən indiyədək olan dövrdə 465 matç təşkil olunub. Onlardan biri baş tutmayıb, biri yarımçıq dayandırılıb.

Bu qarşılaşmaları 695 min 272 tamaşaçı izləyib. Finaldan sonra bu rəqəm 700 mini keçə bilər.

Tamaşaçısız keçirilən 2020/21 mövsümünün qarşılaşmaları və baş tutmayan matç nəzərə alınmamaqla orta göstərici 1555-ə bərabər olub.

Orta tamaşaçı sayında 2010/11 mövsümü rekordla əlamətdar olub – 3369.

26 yaşlı motosikletçi faciəli şəkildə öldü – ANBAAN GÖRÜNTÜSÜ

Mayın 10-u saat 06 radələrində paytaxtın Xətai rayonu ərazisində motosikletçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, 8 Noyabr prospektində hərəkətdə olan 99-M-279 nömrəli motosiklet yoldan çıxaraq yerüstü piyada keçidinin dayaq konstruksiyasına çırpılıb.

Qeyd olunub ki, yüksək sürət səbəbindən baş verməsi ehtimal olunan ağır yol-nəqliyyat hadisəsi nəticəsində Bakı şəhər sakini, 26 yaşlı Raul İsgəndərov hadisə yerində həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

“Görüntülər bir daha deməyə əsas verir ki, aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri arasında yol hərəkəti qaydalarına əməl olunması vəziyyəti qənaətbəxş deyil.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə müraciət edərək onları təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır”, – deyə məlumatda vurğulanıb.

Paylaş: