
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın yeni seçilmiş patriarxını təbrik edib.
Bu barədə Primeinfo.az-a QMİ-dən məlumat verilib.
Təbrikdə bildirilib ki, Mitropolit Şionun (Elizbar Muciri) Gürcü Pravoslav Kilsəsinin genişləndirilmiş şurası tərəfindən Katolikos-Patriarx seçilməyi bütün gürcü ruhanilərinin və gürcü xalqının mövqeyini əks etdirib.
Təbrikdə mərhum Katolikos-Patriarx II İlyanın varisi olaraq Mitropolit Şionun Gürcüstan və Azərbaycan arasında nümunəvi dini və mənəvi münasibətlərin, eləcə də xalqlar arasında səmərəli əməkdaşlığın qorunması və daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyinə əminlik ifadə olunub.
“Dövlətlərimiz öz müstəqilliklərini bərpa etdikdən sonra Azərbaycanı ziyarət edən ilk xristian dini lider məhz Bütün Gürcüstanın Katolikos Patriarxı II İlya olmuşdu. Fürsətdən istifadə edərək, Sizi Azərbaycana dəvət etməkdən qürur duyuram”, – təbrikdə deyilir.