Xəbər axtarın

Son axtarış nəticələri:

Lökbatandakı yanğına helikopterlər 200 ton su töküb - FHN

12.05.2026 15:09

Lökbatandakı yanğına helikopterlər 200 ton su töküb - FHN
Lökbatan qəsəbəsində anbarda baş verən yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) helikopterləri indiyədək 77 atış həyata keçirib.

Primeinfo.az bu barədə FHN-ə istinadən məlumat verir.

Bildirilib ki, indiyədək yanğın baş verən əraziyə ümumilikdə 200 ton su tökülüb.

Hazırda atışlar davam edir.

Qeyd edək ki, bu gün səhər saatlarında Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib və alovun söndürülməsi üçün FHN-in 182 nəfər şəxsi heyəti, 40 xüsusi təyinatlı texnikası və 2 helikopter cəlb olunub. Yanğının geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.

Hazırda alovun tam söndürülməsi üçün zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Paylaş: