Türkiyəli nazir müavini: "Dayanıqlı şəhər yalnız möhkəm binalardan ibarət şəhər demək deyil"
Türkiyənin zəlzələ bölgəsində 455 mindən çox mənzil inşa edilib. Primeinfo.az xəbər verir ki, bunu Türkiyənin Ətraf Mühitin Mühafizəsi, Şəhərsalma və İqlim Dəyişikliyi nazirinin müavini Hasan Suver Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Şəhər Zəlzələsinə Hazırlığın Gücləndirilməsi Daha Təhlükəsiz və Daha Davamlı Şəhərlər üçün BMT-nin Həlləri” adlı konfransda bildirib. O bildirib ki, bu prosesdə yalnız yaşayış evləri tikilmir, həm də infrastrukturu, sosial obyektləri, yaşıl sahələri, enerji səmərəliliyi yanaşması və ekoloji davamlılığı ilə birlikdə kompleks yaşayış məkanları qurulur: “Şəhər dayanıqlılığının gücləndirilməsində maliyyə alətləri də kritik əhəmiyyət daşıyır.