Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: İlham Əliyev

İlham Əliyev çempion güləşçiləri qəbul edib - FOTO

İlham Əliyev çempion güləşçiləri qəbul edib - FOTO

Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib.

Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI

Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI

Prezidentin Sərəncamı ilə Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısı tərtib edilib və qurumlar arasında iş bölgüsü aparılıb. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, tədbirlər planına əsasən, işlər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Azərişıq ASC arasında bölüşdürülüb. Sənədə əsasən, Fövqəladə Hallar Nazirliyi sel nəticəsində zərər görmüş ərazilərdə ümumilikdə 52 fərdi yaşayış evinin yenidən tikilməsi işi tapşırılıb. 

Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq

Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq

“Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş” təsdiq edilib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb. Qeyd edək ki, sözügedən saziş 2026-cı il yanvarın 16-da Bakı şəhərində imzalanıb.

İlham Əliyev BƏƏ nümayəndə heyətini qəbul edib - FOTO

İlham Əliyev BƏƏ nümayəndə heyətini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Qəbələdə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin Dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“ASAN xidmət” modelinin Qvineyada tətbiqinə dair Saziş təsdiqlənib - FƏRMAN

“ASAN xidmət” modelinin Qvineyada tətbiqinə dair Saziş təsdiqlənib - FƏRMAN

“Azərbaycan Respublikası Hökuməti ilə Qvineya Respublikası Hökuməti arasında Qvineya Respublikasında “ASAN xidmət” modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş” təsdiq edilib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qvineya Respublikası Hökumətinə bildiriş göndərməlidir.