“Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı işini başa vurub. Avropa İttifaqı (Aİ) və qonşu ölkələri özündə birləşdirən bu hökumətlərarası platforma 2022-ci ildə, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra yaradılıb. Məqsəd Aİ və tərəfdaş ölkələr arasında siyasi dialoq və ortaq maraq kəsb edən məsələlərin müzakirəsi, xüsusilə müdafiə və təhlükəsizlik çağırışlarına, enerji böhranlarına qarşı səylərin birləşdirilməsi, iqtisadi əlaqələrinin genişləndirilməsidir.
Prezident İlham Əliyev sosial şəbəkə hesablarında Danimarkaya işgüzar səfəri ilə bağlı paylaşım edib.
“Almaniya bizim üçün vacib tərəfdaş ölkədir və biz ikitərəfli əlaqələrimizin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk”.
Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, 3 Oktyabr – Alman Birliyi Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Almaniya bizim üçün vacib tərəfdaş ölkədir və biz ikitərəfli əlaqələrimizin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Fransa Respublikasının Prezidenti Emmanuel Makron ilə görüşü olub.
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.
Azərbaycan Prezidenti İlham Əliyev və özbəkistanlı həmkarı Şavkat Mirziyoyev iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bir-birini təbrik edib. Primeinfo.az-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin təbrikində deyilir: “Hörmətli Şavkat Miromonoviç, Əziz Qardaşım, Sizi və Sizin simanızda qardaş Özbəkistan xalqını Azərbaycan və Özbəkistan arasında əlamətdar ildönümü – diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ürəkdən təbrik etməkdən və ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Diplomatik əlaqələrimiz otuz illik tarixə malik olsa da, qardaş xalqlarımızın əsrlərdən-əsrlərə və nəsillərdən-nəsillərə keçən birlik, həmrəylik, qarşılıqlı hörmət və dəstək ənənələri mövcuddur.
Oktyabrın 2-də Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü olub.
Oktyabrın 2-də Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış plenar sessiyası keçirilib. Primeinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Sonra tədbirin iştirakçıları birgə foto çəkdiriblər.
Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistan Baş naziri Nikol Paşinyanı sülh prosesində irəliləyişlərə görə təbrik edib.