İran Prezidenti Məsud Pezeşkian hökumətin xalqın sosial və iqtisadi problemlərinin həllinə yönəlmiş prioritetlərini vurğulayıb. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. Parlamentin plenar iclasında prezident bildirib ki, İran parlamenti hər həftə bir gününü insanların problemlərinə həsr etməyə çalışır: “Xalq ac olanda ölkəni idarə etmək mümkün deyil.
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyəti Misirə səfər edib və burada ölkənin ali siyasi və hərbi rəhbərliyi ilə danışıqlar aparacaq. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində Şoyqu Misir Prezidenti Əbdülfəttah Sisi, onun milli təhlükəsizlik üzrə müşaviri Fayza əl-Naqa, xarici işlər naziri Bədr Abdel Ata, müdafiə və hərbi sənaye naziri Abdel Magid Saqro, digər təhlükəsizlik orqanlarının və xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşlər keçirəcək.
“Hazırda ABŞ ilə danışıqları bərpa etmək imkanı yoxdur”. Primeinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı deyib. “Amerikalılar hər iki tərəf üçün bərabər danışıqlara hazır olduqda, danışıqlar mümkün ola bilər”, – o əlavə edib.
İranda milli valyutanın denominasiyası təsdiqlənib. Primeinfo.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb. Bununla bağlı Konstitusiyanın İcrasına Nəzarət Şurasının sözçüsü Hadi Tahan Nəzif açıqlama verib.
İranın Fars əyalətinin Vəravi şəhərində bu gün səhər saatlarında ard-arda iki zəlzələ baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb. Məlumata görə, ilk zəlzələ Rixter cədvəli üzrə 4,1 bal gücündə olub.
Noyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu ilə görüşüb. Primeinfo.az xəbər verir ki, görüşdə dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətləri nəticəsində iki ölkə arasında yaranan qarşılıqlı əlaqələrdən, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının bu əlaqələrdə rolundan danışılıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Əziz Mənsuri görüşdə iştirak edib.
İranın Şiraz şəhərində yerləşən qaz doldurma məntəqəsində güclü partlayış baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə “Haber7” məlumat yayıb. Bildirilib ki, qəza nəticəsində azı 9 nəfər yaralanıb.
“İran və Azərbaycan arasında sərhədin yenidən açılması iki ölkə münasibətlərində əsas mövzulardan biridir”.
İran Ermənistana və Gürcüstana yeni səfirlər – Xəlil Şirqulami və Əli Mocanini təyin edib. Primeinfo.az IRNA-ya istinadən məlumatına görə, onları İranın xarici işlər naziri Abbas Əraqçi Şərqi Azərbaycan əyalətinin iqtisadi məsələlərinə dair müşavirə zamanı təqdim edib.
İranın Həmədan əyalətinin Nəhavənd şəhərində 4,4 bal gücündə zəlzələ baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Zəlzənin episentrinin 9 km dərinlikdə qeydə alındığı bildirilir.