Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: iran

İran Azərbaycanla bağlı xoş xəbəri açıqladı

İran Azərbaycanla bağlı xoş xəbəri açıqladı

Gələn ay İran və Rusiya arasında Rəşt–Astara dəmir yolunun tikintisinə dair saziş imzalanacaq. Primeinfo.az Globalinfo.az-a istinadən xəbər verir ki, İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq bildirib. Nazirin sözlərinə görə, bu layihə Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizinin tamamlanması və region ölkələri arasında iqtisadi əlaqələrin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

İrandan narkotik keçirməyə cəhd etdilər, TUTULDULAR

İrandan narkotik keçirməyə cəhd etdilər, TUTULDULAR

Narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Primeinfo.az-a verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 14 kiloqram 100 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Axtarışda olan Azərbaycan vətəndaşı İrandan ekstradisiya ediləcək

Axtarışda olan Azərbaycan vətəndaşı İrandan ekstradisiya ediləcək

İstintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı İrandan ekstradisiya ediləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, Azərbaycan vətəndaşı Hüseynov Ülvi Rafik oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti İranın səlahiyyətli orqanları tərəfindən təmin edilib.

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Primeinfo.az-a verilən xəbərə görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

İranda güclü zəlzələ olub

İranda güclü zəlzələ olub

İranın Fars əyalətinin Ərdəkan şəhərində 4,7 bal gücündə zəlzələ baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb. Məlumata görə, saat 11:32-də meydana gələn zəlzələ yerin 6 kilometr dərinliyində qeydə alınıb.

Xamenei Trampa: "Lap yaxşı, belə düşünməkdə davam et!"

Xamenei Trampa: "Lap yaxşı, belə düşünməkdə davam et!"

İranın ali dini lideri Əli Xamenei ABŞ Prezidenti Donald Trampın ABŞ-ın İranın nüvə potensialını məhv etməsi ilə bağlı iddiasını rədd edib. Primeinfo.az xəbər verir ki, bu barədə, o, özünün “X” səhifəsində yazıb. “ABŞ prezidenti fəxrlə deyir ki, onlar İranın nüvə sənayesini məhv ediblər.

İranda müxalif din xadimi güllələndi

İranda müxalif din xadimi güllələndi

Oktyabrın 19-u səhər saatlarında İranşəhr şəhərində etnik bəluc olan Kamal Selahzehi adlı molla naməlum silahlı şəxslər tərəfindən güllələnib. Primeinfo.az Axar.az- a istinadla xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb. Məlumata görə, hadisədə onunla birlikdə olan oğlu ağır yaralanıb və xəstəxanaya aparılıb.

Pezeşkian Qazaxıstana səfər edəcək

Pezeşkian Qazaxıstana səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian il sonuna qədər Qazaxıstana səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə məlumat verib. O bildirib ki, səfər zamanı iki ölkə arasında müxtəlif sahələrdə 20-dən çox əməkdaşlıq müqaviləsi imzalanacaq.