Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: İran İslam Respublikası

Xamneyinin fotosuna od vurub siqaret yandırdılar - FOTO

Xamneyinin fotosuna od vurub siqaret yandırdılar - FOTO

İranda davam edən etirazlar fonunda qadınlar yeni aksiya başladıb. Primeinfo.az xəbər verir ki, iranlı qadınlar küçələrdə ölkənin Ali dini lideri Seyid Əli Xameneinin fotosuna od vurur, daha sonra onunla siqaret yandırırlar. Onlar fotolarını sosial şəbəkədə paylaşıblar.

İranda SEPAH generalının oğlu ÖLDÜRÜLDÜ

İranda SEPAH generalının oğlu ÖLDÜRÜLDÜ

İranın dövlət mediası İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri olan general Nurəli Şuştarinin oğlu Fərəcullah Şüştarinin ölümü barədə məlumat yayıb. Hadisə Məşhəd şəhərində baş verib.

İranda etirazlarda daha bir polis əməkdaşı öldürülüb

İranda etirazlarda daha bir polis əməkdaşı öldürülüb

İranın Rudbar şəhərində polis idarəsinə hücum zamanı polis əməkdaşı öldürülüb. Primeinfo.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb. Məlumata görə, etirazçıların ov tüfəngindən açdığı atəş nəticəsində ağır yaralanan polis əməkdaşı Məhəmməd Puribrahim həyatını itirib.

Çin, Rusiya və İran birgə dəniz təlimlərinə başlayıb

Çin, Rusiya və İran birgə dəniz təlimlərinə başlayıb

Çin, İran və Rusiya Cənubi Afrika Respublikasının sularında hərbi təlimlərə başlayıb. Primeinfo.az ”Reuters“ə istinadən xəbər verir ki, “BRİCS Plus” adlandırılan təlimlər tranzit yollarının və dəniz ticarətinin təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır.

Tramp İranı yenidən hədələdi : “Başı bəladadır”

Tramp İranı yenidən hədələdi : “Başı bəladadır”

“İranın başı bəladadır”. Primeinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Amerikanın neft və qaz şirkətlərinin rəhbərləri ilə görüşündə İranla bağlı suala cavab verərkən bildirib. O, ölkədəki vəziyyətin ciddi olduğunu dilə gətirib: “İranda xalqın bəzi şəhərlərdə nəzarəti ələ keçirdiyi müşahidə olunur və bu, bir neçə həftə əvvəl mümkün görünmürdü”.

İran etirazçıları edamla HƏDƏLƏDİ

İran etirazçıları edamla HƏDƏLƏDİ

Tehranın prokuroru Əli Salehi İranda baş verən kütləvi iğtişaşlarda iştirak edən şəxslərin ölüm cəzası ilə üzləşə biləcəyini bildirib. Primrinfo.az bu barədə İran mediasına istinadən xəbər verir. O qeyd edib ki, dövlət və ictimai əmlaka ziyan vuran, həmçinin hüquq-mühafizə orqanları ilə qarşıdurmaya girən şəxslər ciddi məsuliyyət daşıyır.

Əraqçi “Hizbullah” lideri ilə görüşdü

Əraqçi “Hizbullah” lideri ilə görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi Livanda “Hizbullah”ın baş katibi Şeyx Naim Qasım ilə görüşüb. Primeinfo.az xəbər verir ki, görüş zamanı Əraqçi İranın Livanla iqtisadi və siyasi əlaqələri gücləndirmək niyyətində olduğunu bəyan edib. O, ABŞ sanksiyalarına baxmayaraq, Tehranın nüvə enerjisi və müdafiə qabiliyyətini inkişaf etdirmək hüququndan geri çəkilməyəcəyini qeyd edib.