Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: İran İslam Respublikası

Pezeşkianın müşaviri istefa verib

Pezeşkianın müşaviri istefa verib

İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayinin istefa ərizəsi yazdığı təsdiqlənib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İran hökumətinin mətbuat katibi Fateme Mohecərani bildirib. O, Mehdi Sənayinin istefasının qəbul edilib-edilmədiyindən xəbərsiz olduğunu əlavə edib.

ABŞ İranla növbəti danışıqlara hazırdır

ABŞ İranla növbəti danışıqlara hazırdır

ABŞ administrasiyası İranın nüvə proqramı ilə bağlı rəsmi Tehranla yenidən birbaşa dialoqa başlamağa hazır olduğunu bəyan edib. Primeinfo.az xəbər verir ki, bu barədə məlumatı Amerika administrasiyasının yüksək vəzifəli nümayəndəsi Morqan Ortaqus açıqlayıb. Onun sözlərinə görə, Vaşinqton rəsmi danışıqlara hazırdır, lakin bunun üçün Tehran birbaşa və mənalı dialoq niyyətini nümayiş etdirməlidir.

İrandan İraqa qaz tədarükü dayandırıldı

İrandan İraqa qaz tədarükü dayandırıldı

İrandan İraqa təbii qazın nəqli tam dayandırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə İraqın Energetika Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, tədarükün dayandırılmasına səbəb İran obyektlərində yaranmış fövqəladə vəziyyətdir və Tehran bu barədə Bağdadı rəsmi şəkildə məlumatlandırıb.

Pezeşkianın qızı: "İranda uşaqların uyğunsuz proqramlara daxil olmasına qarşı sistem hazırlanır"

Pezeşkianın qızı: "İranda uşaqların uyğunsuz proqramlara daxil olmasına qarşı sistem hazırlanır"

Zəhra Pezeşkian: İranda uşaqların uyğunsuz proqramlara daxil olmasına qarşı yaş təsdiqi sistemi hazırlanır Xarici siyasət 23 dekabr, 2025 11:45 Zəhra Pezeşkian: İranda uşaqların uyğunsuz proqramlara daxil olmasına qarşı yaş təsdiqi sistemi hazırlanır İranda yetkinlik yaşına çatmamışların internetdə uyğunsuz məzmuna daxil olmasının qarşısını almaq üçün yaş təsdiqi sistemi hazırlanır. “Report” xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkian Bakıda “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusundakı beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, İran qanunvericiliyində onlayn təcavüz, istismar və uşaqların şəxsi həyatının pozulması cinayət hesab olunur: “Yetkinlik yaşına çatmamışların uyğunsuz məzmuna daxil olmasının qarşısını almaq üçün yaş təsdiqi sistemi hazırlanır.

İran əsilli qadın ABŞ-də yüksək vəzifəyə təyin edildi - FOTO

İran əsilli qadın ABŞ-də yüksək vəzifəyə təyin edildi - FOTO

İran əsilli amerikalı Mora Namdar ABŞ dövlət katibinin konsulluq məsələləri üzrə köməkçisi təyin edilib. Primeinfo.az xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb. Bildirilib ki, iranlı mühacirlərin qızı Namdar dekabrın əvvəllərinə qədər Dövlət Departamentinin Yaxın Şərq üzrə Bürosunda yüksəkvəzifəli məmur vəzifəsində çalışıb.

İran səfiri İsveç XİN-ə çağırılıb

İran səfiri İsveç XİN-ə çağırılıb

İran səfiri İsveç Xarici İşlər Nazirliyinə çağırılıb. Primeinfo.az xəbər verir ki, bunu İsveçin XİN rəhbəri Maria Malmer Steneqard AFP-yə açıqlamasında deyib. O bildirib ki, Xarici İşlər Nazirliyi İranda casusluq ittihamı ilə həbs olunan İsveç vətəndaşına ölüm hökmü çıxarılması ilə bağlı məlumatlar alıb.