Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: leysan

Həftəsonu leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Həftəsonu leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq verilib. Primeinfo.az-ın xəbərinə görə, Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib ki, həftə sonu ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Xidmətin rəisinin müavini qeyd edib ki, iyunun 26-sı günün ikinci yarısında Bakıda və Abşeron yarımadasında yağış yağacağı, 27-si axşamdan 28-i səhərədək isə leysan xarakterli olacağı gözlənilir.

Bakıda intensiv yağışların nəticələri aradan qaldırılır - FOTO

Bakıda intensiv yağışların nəticələri aradan qaldırılır - FOTO

Bakı şəhərində müşahidə olunan intensiv yağışlar səbəbindən yaranmış nəticələrin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Bakı Şəhər İcra Hakimiyyətindən  Primeinfo.az-a verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən verilən məlumata görə, bu gün səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti, paytaxtın RİH başçıları, onların aparatı və aidiyyatı təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır. Qeyd edilib ki, yağış nəticəsində bəzi ərazilərdə normanı dəfələrlə üstələyən yağıntının kollektorlar tərəfindən kənarlaşdırılması gecikmələr müşahidə edilir.

Leysana görə Puta gölünə beton boru qoyuldu - VİDEO

Leysana görə Puta gölünə beton boru qoyuldu - VİDEO

Qaradağda instensiv yağışlar səbəbilə qabaqlayıcı tədbirlər görülüb. Primeinfo.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu sosial şəbəkə hesabında paylaşım edib. Məlumata görə, rayon Sukanal İdarəsi Puta gölünün leysan yağışlar zaman səviyəsinin qalxmasının öncədən qarşısını almaq məqsədilə diametri 1000 mm olan 20 paqon metr uzunluqda əlavə suötürücü dəmir – beton boru quraşdırıb.

216 nəfər təhlükəsiz əraziyə təxliyə edildi - VİDEO

216 nəfər təhlükəsiz əraziyə təxliyə edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri ötən gecə fasiləsiz olaraq davam etdirilib. Primeinfo.az xəbər verir ki, görülmüş tədbirlər nəticəsində 36-sı azyaşlı olmaqla ümumilikdə 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. https://youtu.be/NPdU4BzLhVM

Xırdalanda binanın zirzəmisinə su doldu - VİDEO

Xırdalanda binanın zirzəmisinə su doldu - VİDEO

Aramsız yağış paytaxtın Abşeron rayonunda da ciddi fəsadlar yaradıb. Primeinfo.az xəbər verir ki, bu əbarədə oxucular “Qafqazinfo”ya video göndəriblər. Vətəndaşlar qeyd edib ki, Xırdalan şəhərinin 26-cı məhəlləsindəki binanın zirzəmisini su basıb.

Azərbaycanda müşahidə olunan güclü yağıntının - SƏBƏBİ 

Azərbaycanda müşahidə olunan güclü yağıntının - SƏBƏBİ 

Aralıq dənizi siklonunun təsiri nəticəsində ölkə ərazisində güclü yağıntılar müşahidə olunub. Primeinfo.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova deyib. O bildirib ki, Aralıq dənizi rayonlarından hərəkət edən siklonun təsiri nəticəsində ölkə ərazisində dekabrın 9-u axşam saatlarından başlayan leysan xarakterli yağış, 10-u gün ərzində bəzi yerlərdə daha da intensivləşərək 11-i səhərədək fasilələrlə davam edib: “Dağlıq ərazilərə – Kəlbəcər, Laçın, Qubadlı, Zaqatala və Şahdağa qar yağıb.

Bakı və Abşeronda leysan yağır - FAKTİKİ HAVA

Bakı və Abşeronda leysan yağır - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 10-u saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, Bakıda və Abşeron yarımadasında leysan xarakterli intensivdir. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb Bildirilib ki, Oğuz, İsmayıllı, Ağsu, Göyçay, Şamaxı, Qobustan, Altıağac, Xaltan, Şabran, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış, Şahdağda isə qar yağır. Şərur, Ordubad, Sədərək, Daşkəsən, Şəmkir, Balakən, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qrız, Xaltan, Göyçay, Lerikdə duman müşahidə olunur.

Sabah da leysan gözlənilir

Sabah da leysan gözlənilir

Ölkə ərazisində dekabrın 11-nə gözlənilən hava proqnozu açıqlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, havanın yağışlı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir.

Bakıda iki gün leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda iki gün leysan olacaq - XƏBƏRDARLIQ

Abşeron yarımadasında və Bakı şəhərində dekabrın 9-u axşamdan 11-i gündüzədək arabir leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Dekabrın 10-da gün ərzində ayrı-ayrı yerlərdə yağışın aramsız və güclü olacağı ehtimalı var.