Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 aprel 2026-cı il tarixli 114 nömrəli Qərarına əsasən, müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində iştirak rüsumu 60 manat olaraq müəyyən edilib. Qeydiyyat mərhələsində namizədlərdən ödəniş tələb olunmur. Primeinfo.az xəbər verir ki, bu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda əksini tapıb.
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır. Bu barədə Primeinfo.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, 5 iyun 2026-cı il saat 11:00-dan uşaqların I sinfə elektron qəbulu prosesində Abşeron, Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.
2026-2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır. Primeinfo.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək.
26 may saat 18:00-dan etibarən 2025-2026-cı tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq. Bu barədə Primeinfo.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, 5 iyun 2026-cı il saat 15:00-a qədər təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədlər ümumi təhsil müəssisələrinə təqdim edilməlidir.
21 maydan etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılacaq. Müsabiqə qaydalarına əsasən vakansiya seçimi ilkin olaraq şəhid ailəsi üzvləri üçün aktivləşdiriləcək. Bu barədə Primeinfo.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Mayın 6-dan etibarən həyata keçirilən 2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir. Bu barədə Primeinfo.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, bu günə qədər artıq 102 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.
Mayın 6-dan 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir. Bu barədə Primeinfo.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Qeyd olunub ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.
IV və VI siniflərdə təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər təşkil ediləcək. Bu barədə Primeinfo.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, monitorinqə hazırlıq mərhələsinin şəffaf və fasiləsiz təşkili məqsədilə 27 aprel saat 18:00-dan etibarən IV və VI siniflər üzrə şagirdlərin elektron yerdəyişməsi müvəqqəti olaraq dayandırılır.
Azərbaycanda “Son zəng” tədbirlərinin keçirilməsi üçün tələblər müəyyənləşib. Bu barədə Primeinfo.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, “Son Zəng” tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbətlər aparılır.
Direktorların işə qəbulu üzrə test imtahanı keçiriləcək. Bu barədə Primeinfo.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Məlumata görə, direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsi çərçivəsində, müsabiqənin qaydalarına uyğun olaraq təhsil və staj tələblərini ödəyən, lakin sertifikatlaşdırma, diaqnostik qiymətləndirmə və ya müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsi üzrə nəticəsi olmayan və ya müəyyən edilmiş tələblərdən aşağı nəticə göstərən direktorlar, direktor müavinləri, həmçinin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar üçün ixtisas biliklərinin yoxlanılması məqsədilə test imtahanı keçiriləcək.