Oktyabrın 28-də Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda beynəlxalq parlament konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Senatının sədri Syed Yusuf Raza Gilani ilə görüşüb. Parlamentin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az-a verilən məlumata görə, görüşdə beynəlxalq parlament konfransının əhəmiyyətindən bəhs olunub, konstitusiyanın dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsində, cəmiyyətin inkişafında, siyasi sabitliyin təmin edilməsində, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsində mühüm rol oynadığı vurğulanıb. Söhbət zamanı qeyd olunub ki, Azərbaycanın qazandığı tarixi Zəfər nəticəsində ölkəmiz Ermənistanın 30 illik işğalına son qoyaraq ərazi bütövlüyünü və suverenliyini bərpa edib.
Milli Məclisdə oktyabrın 29-da Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransı keçiriləcək. Primeinfo.az xəbər verir ki, konfrans “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusuna həsr olunub. Konfrans çərçivəsində iştirakçılar müasir dövlətlərin hüquqi əsaslarının möhkəmləndirilməsində konstitusiyaların rolu, dövlətlərin suverenliyi və milli müstəqilliyinin qorunması istiqamətində fikir mübadiləsi aparacaqlar.
“Mən çox istərdim ki, Siyavuş Novruzov dövlət çevrilişində ittiham olunan Ramiz Mehdiyevin əleyhinə 10 il əvvəl danışıb tarix yazardı”.
Azərbaycan Prezidentinin imzaladığı Fərmana uyğun olaraq Nazirlər Kabineti valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman 2600 manat birdəfəlik müavinətin ödənilməsi qaydalarını təsdiq edib.
Milli Məclisdə Konstitusiya və Suverenlik İli çərçivəsində Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans keçirilir.
Azərbaycanda yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq. Primeinfo.az xəbər verir ki, bu, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Avtonəqliyyat vasitələrinə və avtomobil nəqliyyatının infrastruktur obyektlərinə dair ümumi tələblər təkmilləşdirilir.