Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2025-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı (IPCP) çərçivəsində Bakıda NATO-nun Brunssumda yerləşən Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupunun ekspertləri ilə nazirliyin mütəxəssisləri arasında “Tərəfdaş ölkələrin qabiliyyət uyarlılığı təşəbbüsü” təliminin II koordinasiya görüşü keçirilib. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, general-mayor Vüqar Əliverdiyev Azərbaycan hərbçilərini NATO standartları ilə tanış etmək, onlara operativ planlaşdırma, komanda-idarəetmə prosedurları, NATO üslublu təlimlərin operativ və taktiki səviyyədə planlaşdırılması, o cümlədən icrası barədə biliklər vermək məqsədilə NATO-nun mobil təlim qrupunun təşəbbüsü ilə Azərbaycan-NATO arasında IPCP çərçivəsində mütəmadi olaraq təlim və kursların keçirildiyini bildirib. Planlaşdırılan təlimin Azərbaycan-NATO əməkdaşlığının daha da dərinləşməsinə, Azərbaycan Ordusunun NATO standartlarına uyğun operativ hazırlıq səviyyəsinin artırılmasına, kollektiv təhlükəsizliyin möhkəmləndirilməsinə, həmçinin regionda sülhə və sabitliyə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.
Qazaxıstanda 2027-ci ildə fəaliyyətə başlayacaq zavod ilk dəfə NATO standartlı mərmilər də daxil olmaqla artilleriya mərmiləri istehsal edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası “Great Sky” şirkətinin birinci direktor müavini Andrey Tixonenkoya istinadən məlumat yayıb. Onun sözlərinə görə, hərbi sursatlar “ASPAN” adlı layihə çərçivəsində dörd müdafiə müəssisəsində buraxılacaq.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov “16-cı NATO günləri” çərçivəsində Azərbaycanda səfərdə olan Alyansın Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığının (SHAPE) Qərargah rəisinin müavini – Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Yusuf Karagüllenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Aleksandr Vinnikovla görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə İsveçin Azərbaycandakı səfirliyi məlumat yayıb. Səfər zamanı Aleksandr Vinnikov Azərbaycan Prezidentin köməkçisi Hikmət Hacıyevlə səmərəli müzakirələr aparıb.
4 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Vyana şəhərində keçirilən 32-ci iclası çərçivəsində NATO Baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Görüş zamanı Azərbaycan və NATO arasında əməkdaşlıq gündəliyinin təhlükəsizlik, müdafiə, enerji təhlükəsizliyi və digər aspektləri müzakirə olunub.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanada ATƏT Nazirlər Şurasının 32-ci iclası çərçivəsində NATO Baş katibinin müavini Radmila Sekerinska ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. “Görüş zamanı təhlükəsizlik, müdafiə, enerji təhlükəsizliyi, kritik infrastrukturun mühafizəsi, təhsil və Azərbaycan-NATO əməkdaşlığının gündəliyində olan digər məsələlər müzakirə edilib.
NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclası Türkiyənin Ankara şəhərində keçiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin 2026-cı ildə keçiriləcək vacib tədbirlərlə bağlı brifinqdə məlumat verilib. Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri Tuğamiral Zeki Aktürk bildirib ki, NATO-nun 3 önəmli tədbiri Türkiyədə baş tutacaq.
“Rusiya–NATO Şurası” artıq mövcud deyil. Primeinfo.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski Şimali Atlantika Alyansının xarici işlər nazirlərinin toplantısından sonra bildirib. Onun sözlərinə görə, alyansın baş katibi Mark Rütte iclasda şuranın fəaliyyətinin tamamilə dayandırıldığını rəsmən bəyan edib.
NATO-ya üzv ölkələr, o cümlədən Kanada, Almaniya, Niderland, Norveç və Polşa PURL (Ukraynanın prioritet ehtiyaclarının siyahısı) çərçivəsində Ukraynaya dəstək üçün əlavə vəsait ayırır. Proqrama alyans üzvlərinin 2/3-dən çoxu qoşulub. Primeinfo.az xəbər verir ki, bu barədə alyansın baş katibi Mark Rütte Brüsseldə NATO ölkələrinin xarici işlər nazirlərinin iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
Türkiyə xarici işlər naziri Hakan Fidan NATO xarici işlər nazirlərinin toplantısında əsas müzakirə mövzusu Rusiya və Ukrayna arasında mümkün sülh sazişi məsələsi olduğunu bildirib. Primeinfo.az xəbər verir ki, nazir sülh prosesində Türkiyənin əsas aktorlardan biri kimi fəal rol oynadığını vurğulayıb: “Avropalı həmkarlarımızla bu gün NATO çərçivəsində keçirilən görüşdə əsas müzakirə mövzusu Rusiya-Ukrayna arasında mümkün sülh sazişi və bu istiqamətdə mövcud proseslərin gedişi oldu. Bildiyiniz kimi, Türkiyə Ukrayna sülh danışıqlarında əsas aktor olduğuna görə bu mövzularla bağlı fikrimiz daim soruşulur.