NATO və Aİ-nin Kiyevə dəstək bəyanatlarına baxmayaraq, Ukraynanın Avropadakı müttəfiqləri son aylarda bu ölkəyə göstərilən hərbi yardımı nəzərəçarpacaq dərəcədə azaldıblar. Bu barədə İsveçrənin “Neue Zürcher Zeitung” qəzeti məlumat yayıb. Nəşr qeyd edir ki, hazırda yalnız bir neçə Avropa ölkəsi Ukraynaya hərbi yardım göstərməkdə davam edir.
NATO “Rusiyanın 19 sentyabr tarixində Estoniyanın hava məkanını təhlükəli şəkildə pozmasını qətiyyətlə pisləyən” bəyanat qəbul edib. Primeinfo.az-ın APA-ya istinadən xəbərinə görə, bu gün Şimali Atlantika Şurasının Estoniyanın tələbi ilə keçirdiyi toplantının yekunu olaraq yayılan bəyanatda deyilir ki, “Estoniyanın hava sərhədinin qırıcılar tərəfindən pozulması, digər müttəfiqlərin hava sərhədinə müdaxilələr Rusiyanın getdikcə daha məsuliyyətsiz davranışlarının genişlənən nümunəsinin bir hissəsidir”. Bildirilib ki, bu hərəkətlərə görə Rusiya tam məsuliyyət daşıyır: “Bu addımlar eskalasiyaya səbəb olur, yanlış hesablamalar riskini artırır və insan həyatını təhlükəyə atır.
Hətta Ukrayna NATO üzvü olsaydı belə, onu müdafiə etməyəcəkdilər