Kevin Hamilton: "Azərbaycan NATO-nun etibarlı və dəyərli tərəfdaşıdır" - FOTO
NATO-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə bağlı rəsmi qəbul keçirilib.
NATO-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə bağlı rəsmi qəbul keçirilib.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi “X” hesabında bildirib. “Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və biz əməkdaşlığın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmişik.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, NATO-ya üzv Avropa ölkələri alyans çərçivəsində daha çox məsuliyyət daşımalıdır. Primeinfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan bu barədə Ankara şəhərində Polşa Prezidenti Karol Navrotski ilə keçirdiyi görüşdən sonra bildirib. Türkiyə lideri qeyd edib ki, iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitində əsas prioritetlərdən biri alyansın Avropa sütununun və çəkindirmə potensialının gücləndirilməsi olacaq.
NATO Türkiyənin daha bir şəhərində hava hücumundan müdafiə sistemi quraşdıracaq. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. İtaliyaya məxsus ” SAMP/T” hava hücumundan müdafiə sistemi Konya 3-cü əsas hava bazasına yerləşdiriləcək.
NATO Baş katibi Mark Rutte gözlənilmədən Ukraynaya səfər edib. Primeinfo.az Ukrayna mediasına istinadən xəbər verir ki, Rutteqatarla Kiyevə gedib. Onu dəmiryol vağzalında Ukrayna xarici işlər naziri Sibiqa və digər rəsmilər qarşılayıb.
ABŞ Prezidenti Donald Tramp 7–8 iyulda Ankarada keçiriləcək NATO Zirvəsində iştirak etməyi planlaşdırır. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Sinqapur səfəri çərçivəsində Bloomberg TV-yə açıqlamasında bildirib. Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan ötən ay Trampla bir neçə dəfə telefon danışığı aparıb və Tramp hər dəfə zirvəyə qatılacağını bildirib.
Rumıniya Qalaç şəhərində yaranmış vəziyyətlə bağlı NATO müttəfiqlərini və alyansın baş katibini məlumatlandırıb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi açıqlama yayıb. Məlumata görə, Buxarest pilotsuz uçuş aparatlarına qarşı mübarizə vasitələrinin Rumıniyaya ötürülməsi prosesinin sürətləndirilməsi üçün NATO-dan əlavə tədbirlər görülməsini xahiş edib.
ABŞ Dövlət katibi Marko Rubio bu gün NATO xarici işlər nazirlərinin toplantısı çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammiti çərçivəsində NATO baş katibi Mark Rutte ilə görüşüb. Primeinfo.az xəbər verir ki, görüşdə tərəflər regional təhlükəsizlik, Ermənistan-NATO əməkdaşlığı və onun inkişaf perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər. Baş nazir Paşinyan tərəfdaşlığın dərinləşdirilməsinin davam etdirilməsinin vacibliyini vurğulayıb, müdafiə sektoru və digər potensialların inkişafı istiqamətində atılan addımlara diqqət çəkib.
Almaniya sursat istehsalında ABŞ-ni geridə qoyaraq diqqətləri üzərinə çəkib. Primeinfo.az xəbər verir ki, bu sıçrayışın əsas səbəbi Rheinmetall konserninin istehsalı kəskin artırmasıdır. Şirkət NATO ölkələrinin artan tələbatını qarşılamaq üçün fəaliyyətini genişləndirir.