Xəbər axtarın

Son axtarış nəticələri:

Hakan Fidan: "Tramp NATO-nun Ankara sammitinə qatılmağı planlaşdırır"

02.06.2026 19:26

Hakan Fidan: "Tramp NATO-nun Ankara sammitinə qatılmağı planlaşdırır"

ABŞ Prezidenti Donald Tramp 7–8 iyulda Ankarada keçiriləcək NATO Zirvəsində iştirak etməyi planlaşdırır.

Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Sinqapur səfəri çərçivəsində Bloomberg TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan ötən ay Trampla bir neçə dəfə telefon danışığı aparıb və Tramp hər dəfə zirvəyə qatılacağını bildirib.

Nazir vurğulayıb ki, siyasi ritorikaya baxmayaraq, ABŞ NATO-ya sadiqliyini qoruyur və alyansdan çıxmağa hazırlaşdığına dair heç bir əlamət yoxdur.

O əlavə edib ki, Vaşinqton müttəfiqlərdən müdafiə xərclərini artırmağı tələb edir, Avropa ölkələri isə artıq bu istiqamətdə addımlar atmağa başlayıb.

Paylaş: