Müdafiə Nazirliyi və NATO arasında 2026-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı (IPCP) çərçivəsində Bakıda “Məsləhətçi görüşü” keçirilir. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Qiymətləndirmə və Rəy proqramının vacib hissəsi olan “Məsləhətçi görüşü”ndə cari ilin iyun ayında ölkəmizdə keçiriləcək ƏİK bölmələrinin “1-ci səviyyəli özünü qiymətləndirmə” (SEL-1) təliminin planlama və hazırlıq vəziyyəti izah olunub.
Bakıda təşkil olunan “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü – 2026” təlim kursu çərçivəsində Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi general-leytenant Azər Əliyev və nazirliyin mütəxəssisləri NATO-nun mobil təlim qrupunun heyəti ilə görüşüb. Primeinfo.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə mobil təlim qrupunun ekspertləri NATO və təlim kursunun mərhələləri haqqında məlumat veriblər. Görüşdə peşəkarları bir araya gətirən təlim kursunun çoxmillətli qərargahlarda birgə planlama qabiliyyətinin artırılmasına, bilik və təcrübə mübadiləsinə, eləcə də ortaq dəyərlərin möhkəmlənməsinə xidmət etdiyi vurğulanıb.
Bakıda “Tərəfdaş ölkələrin qabiliyyət uyarlılığı təşəbbüsü – 2026” təlim kursu keçirilir. Primeinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təlim Müdafiə Nazirliyi ilə NATO arasında 2026-cı il üçün Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində keçirilir.
NATO Baş katibi Mark Rutte Kiyevdədir. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X”-də bildirib. NATO Baş katibi Zelenski ilə birlikdə Ukraynanın ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini yad edib.
NATO-nun baş katibi Mark Rutte çərşənbə axşamı Kiyevə səfər edərək Ali Radada çıxış edəcək. Primeinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ali Radanın deputatları Yaroslav Jeleznyak və Aleksey Qonçarenko məlumat veriblər. Qeyd edək ki, Ali Radanın 15-ci sessiyası çərşənbə axşamı, 3 fevralda açılacaq.
NATO Almaniyada “Steadfast Dart 26” adlı genişmiqyaslı hərbi təlimə start verib. Primeinfo.az xəbər verir ki, təlimdə NATO-nun 11 üzv ölkəsi – İtaliya, Yunanıstan, Almaniya, Çexiya, İspaniya, Litva, Bolqarıstan, Türkiyə, Fransa, Belçika və Böyük Britaniyadan ümumilikdə 10 min hərbçi iştirak edir. Təlimə quru qoşunları, hava qüvvələri, hərbi dəniz qüvvələri, həmçinin kosmik və kiber bölmələr cəlb olunub.
Polşa Qrenlandiyaya əsgər göndərməyəcək. Primeinfo.az “Reuters“ə istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib. O əlavə edib ki, NATO ölkəsinin başqa bir NATO ölkəsinə hücumu fəlakətlə nəticələnəcək.
NATO Baş katibinin müavini Radmila Şekerinska İrəvana səfəri çərçivəsində Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Simonyan özünün “X” hesabında məlumat verib. “Bu gün NATO Baş katibinin müavini Radmila Şekerinska ilə görüşdüm.
NATO Rusiya ilə hərbi toqquşmaya hazırlaşır. Primeinfo.az xəbər verir ki, bunu Rusiya müdafiə naziri Andrey Belausov nazirliyin prezident Vladimir Putinin iştirakı ilə keçirilən kollegiya iclasında bildirib. Onun sözlərinə görə, şimal alyansının Rusiya ilə toqquşmasına hazırlıq başlayıb.
“16-cı NATO günləri” çərçivəsində Alyansı Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığının (SHAPE) Qərargah rəisinin müavini – Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Yusuf Karagüllenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.