Filippində “Kalmaegi” qasırğası nəticəsində hərbi helikopterin qəzaya uğraması nəticəsində azı altı nəfər həlak olub. Primeinfo.az-ın xəbərinə görə, bu barədə hərbi strukturlara istinadən “ABS-CBN News” telekanalı məlumat yayıb. “Axtarış-xilasetmə əməliyyatları nəticəsində “Super Huey” helikopterinin (Bell UH-1Y Venom – red.) pilot və ekipaj üzvlərinə aid olduğu güman edilən altı cəsəd aşkar edilib”, – hərbçilər bildirib.
Xırdalan şəhərində 15 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb. Primeinfo.az-ın məlumatına görə, hadisə şəhərin “Kristal Abşeron” yaşayış kompleksində qeydə alınıb. 2010-cu il təvəllüdlü İ.Quliyev ehtiyatsızlıq nəticəsində hündürlükdən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Zaqatalada 37 yaşlı kişinin meyiti tapılıb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün 23:00 radələrində rayonun Aşağı Tala kəndində qeydə alınıb. Kənd sakini 1988-ci il təvəllüdlü Sabit Şəhriyar oğlu Ağayevin meyiti yaşadığı ünvanda yardımçı tikilidən asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb.
Müğənni Güllünün müəmmalı ölümü ilə bağlı yeni iddialar ortaya çıxıb. Primeinfo.az xəbər verir ki, ifaçının Yalovadakı evinin terrasından yıxılaraq həyatını itirməsi hadisəsi ilə bağlı Güllünün qızı Tuğyan Ülkəm Gülter barəsində qətl ittihamı ilə cinayət işi açılıb. Gülterin anası haqqında “Bu qadın ölməlidir” sözlərini yazdığı “WhatsApp” mesajları məhkəməyə dəlil kimi təqdim edilib.
Zaqatalada bir həftə əvvəl tanışları tərəfindən ölümcül döyülən 41 yaşlı kişi xəstəxanada ölüb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun Reanimasiya şöbəsində müalicə alan 41 yaşlı Zaqatala şəhər sakini İsgəndər Yusif oğlu Musayev axşam saatlarında dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Ordubad-Culfa magistral yolunda qəza baş verib, sürücü ölüb. Primeinfo.az xəbər verir ki, hadisə Culfa rayonu Camaldın kəndində qeydə alınıb. Qəza zamanı Culfa şəhər sakini G.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov vəfat edib. Primeinfo.az xəbər verir ki, bu barədə yaxınları məlumat veriblər. Bildirilib ki, N.Qurbanov bu gecə 64 yaşında həyatını itirib.
Gəncədə xəstəxanada ölüm hadisəsi baş verib. Primeinfo.az-ın məlumatına görə, hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxananın travmatologiya şöbəsində qeydə alınıb. Belə ki, xəstəxananın sözügedən şöbəsində yatan Goranboy rayon sakini 1954-cü il təvəllüdlü Z.Rzayev ikinci mərtəbədən yerə düşüb.
Rusiyada alkoqoldan zəhərlənərək ölənlərin sayı artır. Primeinfo.az “Baza” Telegram kanalına istinadən xəbər verir ki, Leninqrad vilayətində surroqat alkoqoldan zəhərlənərək ölənlərin sayı 25-ə çatıb. Məlumata görə, onların ölümün səbəbinin metanol olduğu laborator olaraq sübut edilib.