Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, Quba-Xaçmaz avtomobil yolunun Barlı kəndi ərazisindən keçən hissəsində 31 yaşlı Abbasov Elnur Mehdi oğlu idarə etdiyi motoblok ilə hərəkətdə olan zaman idarəetməni itirib və “Vaz-2107” markalı minik avtomobilinə çırpılıb. E.Abbasov özünü xilas etmək məqsədi ilə asfalt örtüyünə tullanıb, bu zaman H.Osmanovun idatə etdiyi “Ford Transit” markalı avtomobilin altında qalaraq ölüb.
Noyabrın 17-də saat 22 radələrində Yasamal rayonu ərazisində 2010-cu il təvəllüdlü H. Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.
Xalq artisti Yaşar Nurinin qızı Ülviyyə Nuriyeva vəfat edib. Primeinfo.az xəbər verir ki, hadisə ilə bağlı Globalinfo.az-a danışan xalq artistinin qardaşı qızı Fidan Nuriyeva hər şeyin anidən baş verdiyini qeyd edib: “Ülviyyə ürək çatışmazlığından əziyyət çəkirdi. Ölümü qəfil oldu.
İndoneziyanın Mərkəzi Yava əyalətində baş verən sürüşmə nəticəsində altı nəfər ölüb, daha 17-i itkin düşüb. Primeinfo.az-ın “Antara” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Dağıntılar ən çox Çilakap əyalətində qeydə alınıb.
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə gecə 00:32 radələrində Mərdəkan şossesində qeydə alınıb. Belə ki, 90 TK 444 dövlət qeydiyyat nişanlı “Rənc Rover”i idarə edən sürücü 1978-ci il təvəllüdlü Ramin Hüseynovu vurub.
Balakən rayonu Mahamalar kəndində kişi velosipeddən yıxılaraq ölüb. Primeinfo.az xəbər verir ki, hadisə noyabrın 9-u saat 12 radələrində baş verib. Belə ki, kənd sakini 1982-ci il təvəllüdlü Hacyov Əli oğlu Dadayev idarə etdiyi velosipeddən yıxılaraq ölüb.
Şahbuz rayonunda 66 yaşlı kişi arı sancması nəticəsində ölüb. Primeinfo.az-ın məlumatına görə, hadisə ötən gün Şahbuz rayonunun Kükü kəndində baş verib. Belə ki, kənd sakini 1959-cu il təvəllüdlü Aftandil Hüseynqulu oğlu Həsənov qızının yaşadığı evdə arı sancıb.
Göygöldə iki nəfərin həlak olduğu yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Primeinfo.az xəbər verir ki, qəzada həlak olan 16 yaşlı İspi Əliyevin yaxınları Baku TV-yə danışıblar. “16 yaşı var idi.
Filippində “Kalmaegi” qasırğası nəticəsində hərbi helikopterin qəzaya uğraması nəticəsində azı altı nəfər həlak olub. Primeinfo.az-ın xəbərinə görə, bu barədə hərbi strukturlara istinadən “ABS-CBN News” telekanalı məlumat yayıb. “Axtarış-xilasetmə əməliyyatları nəticəsində “Super Huey” helikopterinin (Bell UH-1Y Venom – red.) pilot və ekipaj üzvlərinə aid olduğu güman edilən altı cəsəd aşkar edilib”, – hərbçilər bildirib.
Xırdalan şəhərində 15 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb. Primeinfo.az-ın məlumatına görə, hadisə şəhərin “Kristal Abşeron” yaşayış kompleksində qeydə alınıb. 2010-cu il təvəllüdlü İ.Quliyev ehtiyatsızlıq nəticəsində hündürlükdən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.