Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə “taxıl dəhlizi”nin yenidən açılmasını müzakirə edəcəyini bildirib. Primeinfo.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan sabah baş tutacaq telefon danışığı zamanı dəhliz məsələsini də gündəmə gətirəcəyini deyib. “Zelenski ilə Ankarada görüş keçirdik.
Ukrayna hakimiyyəti sülh nizamlanması ilə bağlı dərhal qərar verməlidir, əks halda çox gec olacaq. Primeinfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Rusiyanın hücum əməliyyatları Zelenskini “danışıqlar aparmağa və bunu elə indi etməyə” sövq etməlidir.
“ABŞ-ın təklif etdiyi sülh planında qeyd olunur ki, Rusiya Donbasa nəzarət müqabilində Kiyevə “icarə haqqı” ödəyə bilər. Yəni faktiki olaraq “torpaq qarşılığında pul” sxemi tətbiq ediləcək. Bununla belə, Ukraynanın suverenliyi formal olaraq pozulmayacaq”.
ABŞ Prezidenti Donald Тrampın yeni açıqlaması beynəlxalq gündəmi silkələyib.
Rusiya indi Vladimir Putinin Pokrovsk və Kupyanskın işğalı üçün təyin etdiyi növbəti müddəti qaçırıb və bu, bir daha təxirə salınıb. Primeinfo.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Feysbuk hesabında yazıb. “Biz qarşıdakı həftələrdə müdafiəmizin əsas istiqamətlərini müəyyən etmişik və qış ayları üçün müdafiə tədbirləri planını da əlavə edəcəyik.
Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq. Primeinfo.az Teleqraf-a istinadən xəbər verir ki, Amur pələnglərinin bağışlanması barədə qərar Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Moskvaya dövlət səfəri zamanı əldə olunub. Qazaxıstana Rusiyadan iki erkək və iki dişi Amur pələngi veriləcək.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Rusiya Prezidenti Vladimir Putin danışıqların yekunları üzrə “strateji tərəfdaşlıq və müttəfiqlik haqqında” Bəyannamə imzalayıblar. Primeinfo.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. “Dövlət başçıları Rusiya Federasiyası və Qazaxıstan Respublikasının dövlətlərarası əlaqələrinin hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə keçidi haqqında Bəyannaməni imzalayıblar”, – məlumatda bildirilib.
Rusiya Prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevin 2026-cı ildə Qazaxıstana səfər etmək dəvətini qəbul edib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. “Məmnuniyyətlə gələcəyəm”, – V.Putin Moskvada Tokayevlə danışıqlar zamanı onun təklifinə cavab olaraq bildirib.
Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanda qlobal dövlət xadimi kimi hörmətlə qarşılanır. Bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev “Rossiyskaya qazeta” qəzetindəki məqaləsində yazıb. “İkitərəfli əməkdaşlıqdakı bütün nailiyyətlər Prezident Vladimir Vladimiroviç Putinin bu sahədəki enerjili və məhsuldar işi ilə ayrılmaz şəkildə bağlıdır.
Putin və Tramp arasında telefon danışığı tez bir zamanda təşkil edilə bilər. Primeinfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Vaşinqton nüvə sınaqları ilə bağlı vəziyyətin müzakirə edildiyi Təhlükəsizlik Şurasının iclasından sonra Putin və Tramp arasında telefon danışığı tələb etməyib.