“Bəzən Nobel Sülh mükafatı elə şəxslərə verilib ki, onların sülhə heç bir töhfəsi olmayıb”. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Düşənbədə keçirdiyi mətbuat konfransında bildirib. Qeyd edib ki, elə bu səbəbdən də Nobel Komitəsi öz nüfuzunu itirib.
Vladimir Putin Rusiya və Azərbaycan münasibətlərindəki vəziyyəti “emosiyalar böhranı” adlandırıb.
Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Düşənbədə keçirilən MDB sammiti zamanı fikir ayrılığı yaşanıb. Primeinfo.az xəbər verir ki, buna iki ölkə arasında ticarət dövriyyəsinin həcmi səbəb olub. Belə ki, MDB ölkələri ilə ticarət dövriyyəsinin həcminin artmasından danışan Putin Ermənistanla dövriyyəni misal göstərmək istəyib.
Ötən gün Prezident İlham Əliyev Düşənbədə rusiyalı həmkarı Vladimir Putinlə görüş keçirib.
Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü keçirilir.
“Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsinin artmasında yaxşı dinamika mövcuddur”. Primeinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Düşənbədə rusiyalı həmkarı Vladimir Putinlə görüşündə deyib. “Siz qeyd etdiyiniz kimi, bu il təkcə iqtisadi-ticari münasibətlər deyil, həm də bütün digər istiqamətlər üzrə əlaqələr uğurla inkişaf edib.
“Bu vəziyyəti şəxsən nəzarətdə saxladığınıza görə Sizə təşəkkür etmək istərdim. Siz istintaqın gedişinə şəxsən nəzarət edirsiniz və bizim şübhəmiz yox idi ki, o, hər şeyi obyektiv araşdıracaq”.
Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevlə görüşündə Moskva ilə Bakı arasında münasibətlərin müttəfiqlik ruhunda davam edəcəyinə ümidvar olduğunu bildirib. Primeinfo.az xəbər verir ki, o, deyib: “Ümid edirəm ki, bu əməkdaşlıq, sadəcə olaraq, bərpa edilməyəcək, münasibətlərimizin ruhunda, müttəfiqliyimiz ruhunda davam edəcək. Biz bunu heç vaxt unutmuruq, bu yaxınlarda imzalanmış müqaviləni xatırlayırıq və onun bütün əsas müddəalarının həyata keçirilməsi üçün əlimizdən gələni edəcəyik”.
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə görüşə AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti müzakirə etməklə başlamağı təklif edib.
Venesuela Prezidenti Nikolas Maduro Rusiya və respublikanın strateji tərəfdaşlığı və əməkdaşlığı haqqında on il müddətinə ratifikasiya edilmiş müqaviləni imzalayıb. Primeinfo.az xəbər verir ki, bu barədə VTV telekanalı məlumat yayıb. Maduro bildirib ki, müqaviləni Rusiya Prezidenti Vladimir Putinin doğum günü (7 oktyabr) imzalaması təsadüfi deyil.