Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tehrana səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqai mətbuat konfransında bildirib. Onun sözlərinə görə, hazırda Türkiyə Prezidentinin Tehrana səfərinin tarixinin müəyyənləşdirilməsi üzərində iş gedir: “Səfər prinsip etibarilə razılaşdırılıb.
Roma Papası XIV Leonun Türkiyəyə səfəri bəşəriyyət üçün xüsusi əhəmiyyət daşıyan kritik bir dövrə təsadüf edir. Ölkəmizdə Roma Katolik Kilsəsinin rəhbəri tərəfindən səsləndirilən bəyanatların həm Türk-İslam dünyasında, həm də xristian ölkələrində eşidiləcəyinə və insanların sülhə dair ümidlərini möhkəmləndirəcəyinə inanıram.
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan ölkədə səfərdə olan Roma Papası XIV Leonu Prezident Sarayında qəbul edib.
Azərbaycan Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Ankarada Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlər və əməkdaşlıq məsələləri müzakirə olunub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “istəklilər koalisiyası”nın iclasında ölkəsinin ədalətli və davamlı sülhün tezliklə təmin olunması üçün tərəflərin birbaşa təmaslarını asanlaşdıracaq diplomatik səylərini davam etdirəcəyini vurğulayıb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran “X” sosial şəəbəkəsində paylaşım edib. B.
“Ukrayna məsələsində Cənubi Koreya ilə eyni mövqedəyik”.
Noyabrın 24-də Cənubi Koreya prezidenti Lee Jae-myung-un Türkiyəyə rəsmi səfəri başlayıb. Primeinfo.az xəbər verir ki, Türkiyən Prezidenti Rəcəb Tayyib Ərdoğan ali qonağı prezident sarayında rəsmi mərasimlə qarşılayıb. Daha sonra dövlət başçılarının ikitərəfli görüşü başlayıb.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Türkiyə Ukrayna ilə Rusiya arasında davamlı sülhə nail olmaq istiqamətində səylərə konstruktiv yanaşma sərgiləyir və İstanbuldakı danışıqlar zamanı əvvəllər nümayiş etdirdiyi mühüm rolu oynamağa hazırdır. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Afrikada keçirilən G20 sammitində onu müşayiət edən jurnalistlərlə söhbətində bildirib. Türkiyə lideri xatırladıb ki, Ankara uzun müddətdir Ukraynada sülhün təməlini qoymaq üçün fəal səylər göstərir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 ölkələrini daha inklüziv və ədalətli qlobal iqtisadiyyatın qurulması üçün daha böyük məsuliyyət götürməyə çağırıb. Primeinfo.az xəbər verir ki, Ərdoğan G20 zirvəsində çıxışında qlobal ticarətin canlandırılması üçün güclü beynəlxalq əməkdaşlığa, yeni siyasət alətlərinə və davamlı təchizat zəncirlərinə ehtiyac olduğunu bildirib. “Qlobal ticarəti canlandırmaq üçün güclü beynəlxalq əməkdaşlıq, yeni siyasət alətləri və davamlı təchizat zəncirlərinə ehtiyac var.