Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalını evində ziyarət edib. Primeinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Görüş Ankarada, Bağçalının Türkmənbəyi küçəsində yerləşən iqamətgahında baş tutub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə telefonda danışıb. Primeinfo.az xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb. Danışıq zamanda Gürcüstanda qəzaya uğrayan Türkiyənin hərbi yük təyyarəsi bağlı başlanan axtarış-xilasetmə işlərinin son vəziyyəti müzakirə olunub.
Biz əvvəlcə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə, sonra isə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefonla danışdıq. Millətimizlə bərabər azərbaycanlı qardaşlarımızı və gürcü dostlarımızı da dərindən kədərləndirən bu faciəli hadisəni hərtərəfli araşdırırıq. Gürcüstanın hökumət orqanları bu prosesdə ən yüksək səviyyədə yardım və əməkdaşlığı təmin edir.
Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Primeinfo.az xəbər verir ki, o, bu barədə “X” platformasında yazıb. “Gürcüstanda Türkiyəyə məxsus C-130 təyyarəsinin faciəvi qəzası ilə bağlı kədərləndik.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan yola düşən hərbi təyyarənin Gürcüstanda qəzaya uğraması barədə açıqlama verib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri noyabrın 8-də başa çatıb. Primeinfo.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov, Türkiyənin milli müdafiə naziri Yaşar Güler və digər rəsmi şəxslər yola saldılar.
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezident Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin üçtərəfli görüşü olub.
Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistanın Baş naziri Şahbaz Şərif arasında görüş olub. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası “X” sosial media hesabında məlumat yayıb. Qeyd edək ki, hər iki ölkənin lideri Prezident İlham Əliyevlə birgə Zəfərin beşinci ildönümü münasibətilə Bakıda keçirilən hərbi paradda iştirak ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün keçirilən Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paraddan özünün “X” platformasında paylaşım edib. Primeinfo.az paylaşımı təqdim edir: Karabağ’ın azatlığa kavuşması sadece Azerbaycan değil, Türk dünyası için de büyük bir gurur vesilesidir. Azerbaycan ordusunun Karabağ toprağında attığı her adım, istiklal ve izzet uğruna dökülen her damla kan, Türk dünyası adına birer şeref nişanesi olarak ortak tarihimize altın…
Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif noyabrın 8-də birgə nahar ediblər. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.