Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib. Primeinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak ediblər. Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirildi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası Azərbaycanın İkinci Qarabağ müharibəsində Qələbəsinin beşinci ildönümünə həsr olunmuş Bakıda keçirilən hərbi paraddan görüntülər paylaşıb. Primeinfo.az-ın məlumatına görə, fotolar Türkiyə liderinin administrasiyasının “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilib. “Qarabağda qazanılan qələbəni Qafqazda dayanıqlı sülhün bərqərar edilməsi istiqamətində mühüm mərhələ kimi qiymətləndiririk”, – Türkiyə Prezidentinin bu gün hərbi paradda söylədiyi sözlərdən sitat gətirilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 9 Noyabr – Bayraq Günü münasibətilə təbrik edib. Primeinfo.az xəbər verir ki, o, bunu noyabrın 8-də Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda çıxışı zamanı deyib.
“30 illik işğala son qoyan Azərbaycan Silahlı Qüvvələrini bir daha təbrik edirəm”.
Zəfər günümüzün beşinci ildönümündə sizinlə birlikdə olmaqdan şadam.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycan xalqına və ordusuna öz dəstəyini göstərib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb. Primeinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, Türkiyə lideri 8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda keçiriləcək mərasimdə iştirak edəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özeli məhkəməyə verib. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə liderinin vəkili Hüseyn Aydın sosial media hesabında açıqlama verib. O qeyd edib ki, Ərdoğan müxalifət liderindən 500 min lirə (təxminən, 20 183 manat) təzminat istəyir: “Özel dünən keçirilən mitinqdə Rəcəb Tayyib Ərdoğanı hədəfə alıb və əsassız ittihamlar səsləndirib.