Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirilən çıxışında bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə əlavə 250 ədəd yerli istehsal “Altay” tankının verilməsi planlaşdırılır. Primeinfo.az “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib. Prezident Ərdoğan qeyd edib ki, artıq yerli döyüş tankının ilk partiyası ordunun istifadəsinə təqdim olunub: “Biz növbəti altı il ərzində daha 250 “Altay” tankının Silahlı Qüvvələrin inventarına daxil edilməsini hədəf kimi müəyyən etmişik”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gələn ilin may ayında İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirakı ilə bağlı hələ konkret məlumat yoxdur. Primeinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” Türkiyənin Prezident Administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb. Bu barədə qərarın sammitin tarixinə yaxın zamanda veriləcəyi gözlənilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2025-ci il Atatürk Beynəlxalq Sülh Mükafatını BMT-nin Baş katibi Antonio Quterreşə təqdim edəcəyini açıqlayıb. Primeinfo.az xəbər verir ki, Ərdoğan bunu Ankarada Cumhuriyyətin 102-ci il dönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib. “Atatürk Beynəlxalq Sülh Mükafatımızı Birləşmiş Millətlər Təşkilatının Baş katibi cənab Antonio Quterreşə təqdim edəcəyik.
Zəngəzur dəhlizinin açılmasını həyəcanla gözləyirəm. Primeinfo.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Elm Yayma Vəqfi və Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan deyib. “Könül istərdi ki, kommunikasiyalar daha əlçatan olsun.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Azərbaycanda səfərdədir. Primeinfo.az xəbər verir ki, o, Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə keçirilən qəbulda iştirak üçün Bakıya bu gün gəlib. Gülüstan Sarayında keçirilən rəsmi qəbulda jurnalistlərə açıqlama verən B.Ərdoğan Türkiyə Prezidentinin salamlarını gətirdiyini və bugünkü tədbirdə iştirakdan sonra Türkiyəyə qayıdacağını vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidentik Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi uzaqgörən və qətiyyətli siyasət nəticəsində bu gün Türkiyənin bütün sahələrdə yeni zirvələr fəth etdiyini bəyan edib.
Qardaş Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram.
Türkiyədə ilk yeni “Altay” tanklarının təhvil verilməsi mərasimi keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “X” hesabında paylaşım edilib. Prezident bildirib ki, bu hadisə Türkiyə müdafiə sənayesində yeni bir mərhələnin başlanğıcıdır: “Altay tankı ilə tank texnologiyasında yeni bir dövrün qapılarını ardına qədər açmış oluruq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Key Starmer arasında Ankarada keçirilən görüş zamanı Eurofighter Typhoon döyüş təyyarələrinin alınmasına dair əməkdaşlıq müqaviləsi imzalanıb. Primeinfo.az Türk mediasına istinadən xəbər verir ki, rəsmi mərasim Prezident Kompleksində baş tutub. Starmerin xidməti avtomobili Atlı Mühafizəçilər tərəfindən rəsmi qapıya qədər müşayiət olunub.