Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdə HƏMAS və İsrail nümayəndələri arasında aparılan danışıqlardan sonra Qəzzada atəşkəsin əldə olunmasından məmnun olduğunu bildirib. Primeinfo.az Report-a istinadən xəbər verir ki, Türkiyə lideri bu barədə”X” sosial media hesabında yazıb. “Şarm Əl-Şeyxdə keçirilən və Türkiyə olaraq bizim də töhfə verdiyimiz HƏMAS-İsrail danışıqlarının Qəzzada atəşkəslə nəticələnməsindən böyük məmnuniyyət duyuram”, – o qeyd edib.
“Türk Dövlətləri Təşkilatının (TDT) üzvləri müdafiə xərclərini artırmaq və təhlükəsizlik sahəsində addımlar atır”.
“Türk Dövlətləri Təşkilatının 12-ci Zirvəsini Azərbaycanın qədim tarixinə şahidlik edən gözəl şəhəri Qəbələdə keçirdik. İmzalanmış Qəbələ Bəyannaməsinin Türk dünyası başda olmaqla bütün dost və qardaş ölkələr üçün xeyirli olmasını arzulayıram”.
Rəcəb Tayyib Ərdoğan həmçinin 15 dekabrın – Dünya Türk dili Ailəsi Günü kimi elan olunmasını təklif edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının 12-ci Zirvəsi Görüşündə iştirak etmək üçün Qəbələ şəhərindədir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının 12-ci Zirvəsində iştirak etmək üçün Azərbaycanın Qəbələ şəhərinə yola düşüb. Primeinfo.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Türkiyə liderini hava limanından prezident köməkçisi Cövdət Yılmaz, İstanbul Valisi Davud Gül və digər rəsmilər yola salıblar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşündə iştirak etmək üçün sabah Azərbaycana səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Qeyd edək ki, 6-7 oktyabr tarixlərində Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü keçiriləcək.
“Türkiyənin Fələstinlə bağlı həssaslığını bütün dünya bilir”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının yaradılmasını təmin edən Naxçıvan Sazişinin 16-cı ildönümü və Türk Dövlətləri Əməkdaşlıq Günü münasibətilə paylaşım edib. Primeinfo.az xəbər verir ki, Ərdoğan bu günün böyük əhəmiyyət daşıdığını vurğulayıb. “Bu mənalı günün birlik və həmrəylik ruhumuzu gücləndirməsinə, ölkələrimiz arasındakı əlaqələrin hər sahədə inkişafına töhfə verməsini arzulayıram.
Oktyabrın 6-7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.