Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Küveyt, Qətər və Omanı əhatə edən üçgünlük Körfəz turu çərçivəsində Küveytə yola düşüb. Primeinfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, səfərin ilk dayanacağında Ərdoğan Küveyt əmiri ilə görüşəcək. Görüş zamanı Türkiyə ilə Körfəz ölkələri arasında ikitərəfli münasibətlərin inkişafı və regional proseslər müzakirə olunacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 21-də başlayacaq Körfəz turuna Küveytdən start verəcək. Primeinfo.az xəbər verir ki, Küveyt əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabahla görüşdə ikitərəfli əlaqələr, Qəzzadakı humanitar vəziyyət və atəşkəs məsələləri müzakirə olunacaq. Səfərin ikinci dayanacağı Qətər olacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
“Türkiyə dünyanın ikinci ən böyük nadir torpaq elementləri ehtiyatına sahibdir”. Primeinfo.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Dövlət başçısı ölkəsinin nadir torpaq elementləri və nüvə enerjisi sahəsində strateji planlarından danışıb.
Siyasi şərhçi Telman Nüsrətoğlu Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitində əldə edilən tarixi nəticələri şərh edib.
“Misir Sülh sammitinin Yaxın Şərqdə barışa gedən yolda yeni dönüş nöqtəsinin olmasını diləyirəm”. Primeinfo.az “Anadolu” Agentliyinə istinadən bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunmasına həsr olunmuş sammitdən qayıdarkən təyyarədə yerli mediaya müsahibəsində belə bildirib. O, ABŞ Prezidenti Donald Trampın bu məsələyə münasibətindən də danışıb: “Cənab Tramp dedi ki, bu prosesdə mənim üzərimə düşən nə varsa, telefon vasitəsilə əlaqə saxlayaq, telefon diplomatiyamızı unutmayaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada törədilən soyqırımının unudulmaması üçün mücadilənin bundan sonra da davam etdiriləcəyini deyib.
Yeni fərmanla dünya türklərinin Türkiyədə yaşamaq, dövlət və özəl sektorda işləmək icazələri sadələşdirilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza üzrə sülh sammitində iştirak etmək üçün Misirin Şarm əl-Şeyx şəhərinə səfər edib. Primeinfo.az-ın Modern.az-a istinadən məlumatına görə, onu hava limanında Misir Prezidenti Əbdülfəttah əs-Sisi qarşılayıb. Lakin səfər zamanı diqqətçəkən hadisə yaşanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza ilə bağlı keçiriləcək “Sülh Sammiti”ndə iştirak üçün oktyabrın 13-də Misirə səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Səfərin detalları barədə məlumat paylaşılmayıb.