“Ramiz Mehdiyevin arvadı ilə Primakov xalaqızı-xalaoğludurlar. Onların bir-birləri ilə birbaşa qohumluq əlaqələri, bağlılıqları var. Primakovun 1990-cı ildə Bakıda 20 Yanvar faciəsinin əsas təşkilatçılarından biri olması təsadüfi deyil”.
“Ramiz Mehdiyevin dəstəsində təxminən 44 nəfər var. 2 nəfər Azərbaycanı çoxdan tərk edib, qalıb 42 nəfər. O 42 nəfər indidən ailəsi, qohumları ilə halallaşsın. Onlar həbs olunacaq, haqlarında cinayət işi açılacaq, fəaliyyətləri araşdırılacaq”.
“Mən Qəbələdə Ramiz Mehdiyevə nə villa, nə də başqa bir şey bağışlamışam. Boş söhbətlərdir, mən buna əhəmiyyət vermirəm. Ona görə siz də ciddiyə almayın”.
Ramiz Mehdiyevin birbaşa sahibi olduğu binalarda Gültəkin Hacıbəyliyə iki ev hədiyyə edilib.
Barəsində ev dustaqlığı tədbiri seçilən Ramiz Mehdiyevin haqqında təriflər deyən daha bir şəxsin video görüntüləri yayılıb. Demokrat.az-ın məlumatına görə, sabiq deputat Vahid Əhmədov sözügedən görüntülərdə Ramiz Mehdiyevlə bağlı danışarkən qeyd edir ki, Ramiz Mehdiyevin Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində böyük rolu olub: “Ramiz Mehdiyev Heydər Əliyev məktəbini keçib. Ramiz Mehdiyevin Azərbaycan ideologiyasının yetişməsində xüsusi rolu olub.
Ramiz Mehdiyevin Prezident Administrasiyasında köməkçisi olan Eldar Əmirov həbs edilib.
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin ailəsinə və klanına daxil olan şəxslərə qarşı dövlət səviyyəsində aparılan inventarlaşdırma prosesi yeni mərhələyə keçib. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva da artıq vəzifədən azad edilib.
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva işdən çıxarılıb.
“Əgər Gültəkin Hacıyeva ölkədən çıxıbsa, səhvini düzəltməli, Azərbaycana qayıdaraq istintaq prosesinə qoşulmalı və bildiklərini tam açıqlamalıdır. Bu prosesdə dəstək verməli və hər şeyi açıb söyləməlidir. Burada ölkənin taleyi həll olunur,” Primeinfo.az xəbər verir ki, Prime TV-nin “Qırmızı masa” verilişində araşdırmaçı jurnalist Heydər Oğuz bildirib.
Dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva vəzifəsindən azad edilib.