İtaliya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb. Primeinfo.az xəbər verir ki, səbəb İtaliyanın xarici işlər naziri Antonio Tacaninin “X” hesabında etdiyi paylaşım olub. Belə ki, o, Avropa İttifaqı ölkələrinə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanımağı təklif edəcəyini bəyan edib.
Portuqaliya Xarici İşlər Nazirliyi ölkənin İrandakı səfirliyini müvəqqəti olaraq bağlamaq qərarına gəlib. Primeinfo.az xəbər verir ki, bu barədə Portuqaliyanın SAPO informasiya agentliyi məlumat yayıb. Ölkənin Xarici İşlər Nazirliyi bu tədbiri regionda pisləşən təhlükəsizlik vəziyyətinə istinad etməklə əsaslandırıb.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukrayna səfiri Yuri Qusevlə görüşərək strateji tərəfdaşlığı müzakirə edib. Primeinfo.az xəbər verir ki, bu barədə səfir “X” hesabında yazıb. Bildirilib ki, görüş çərçivəsində 2025-ci il nəticələri və 2026-cı ildə strateji tərəfdaşlığı daha da gücləndirmək üçün addımlar müzakirə edilib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qazaxıstan səfiri Alim Bayellə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan səfirliyi məlumat yayıb. Məlumata görə, tərəflər ötən il ərzində ikitərəfli əməkdaşlığın yekunlarını nəzərdən keçirib və yaxın perspektiv üçün planları müzakirə ediblər.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ronen Krauszla görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə RİNN məlumat yayıb. Bildirilib ki, görüşdə Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın ötən il noyabrın 20-də keçirilən 4-cü iclası çərçivəsində müzakirə edilən məsələlər üzrə görülən və planlaşdırılan işlərə dair fikir mübadiləsi aparılıb.
Xarici işlər naziri Ceyhun Bayramov Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Mariya Papakonstantinunu qəbul edib. Bu barədə Primeinfo.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı səfir Mariya Papakonstantinu etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Azərbaycan və Ermənistan səfirləri Xəzər İbrahim və Narek Mkrtçyanın iştirak etdiyi “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) təşəbbüsünün müzakirəsi keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) bəyanatında bildirilir. ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil edilən tədbirdə Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın Vaşinqtondakı səfirləri, eləcə də ABŞ hökumətinin yüksək vəzifəli rəsmiləri və biznes nümayəndələri iştirak ediblər.
Azərbaycanın Orta Dəhlizin formalaşmasında rolu həyəcanverici fürsətlərə yol açır.
Ukraynanın Təl-Əvivdəki səfiri Yevgeni Korniyçuk Ynet portalına verdiyi müsahibədə İsrailin baş naziri Binyamin Netanyahu ilə Rusiya Prezidenti Vladimir Putin arasında danışıqların əhəmiyyəti barədə söylədiyi fikirləri tənqid etdikdən sonra Xarici İşlər Nazirliyinə çağırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Ynet məlumat yayıb. Məlumata görə, İsrail XİN-in baş direktorunun müavini Yuval Foks səfirə bildirib ki, onun açıqlamaları “tamamilə qəbuledilməzdir” və “diplomatik protokolu pozur”.
Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 10-da ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikası üzrə ticarət elçisi Lord Olderdaysla görüşüb. Primeinfo.az-ın xəbərinə görə, görüşdə qeyd olunub ki, bu gün iki ölkə arasındakı ikitərəfli əməkdaşlıq iqtisadiyyat, ticarət, enerji, o cümlədən bərpaolunan enerji, təhsil, müdafiə sənayesi və digər sahələri əhatə edir. İki ölkə arasındakı münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanaraq, bu baxımdan Prezident İlham Əliyevin Birləşmiş Krallığa səfərlərinin, Birləşmiş Krallığın Baş naziri Kir Starmerin ötən il COP29-da iştirak üçün ölkəmizə səfərinin ikitərəfli əməkdaşlıq gündəliyi baxımından önəmi diqqətə çatdırılıb.