Avropa İttifaqı: “Azərbaycanla nəqliyyat və konnektivlik sahəsində işləməyə hazırıq”
Avropa İttifaqı konnektivlik məsələlərində Azərbaycanla çalışmağa hazırdır.
Avropa İttifaqı konnektivlik məsələlərində Azərbaycanla çalışmağa hazırdır.
Fərid Yunis oğlu Talıbov Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. *** Seymur Həbib oğlu Fətəliyev Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. *** Məmməd Afiq oğlu Talıbov Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında, eyni zamanda Honduras Respublikasında, Kolumbiya Respublikasında, Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Panama Respublikasında və Peru Respublikasında səfiri vəzifəsindən geri çağırılıb.
Türkiyə Suriyaya səfir təyin edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb. Bildirilib ki, bu vəzifəyə Nuh Yılmaz təyinat alıb.
Ekvador Azərbaycana iqamətgahı Ankarada olacaq yeni səfir təyin edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Report”un Türkiyə bürosuna Ekvadorun bu ölkədəki səfirliyindən bildirilib. Oktyabrın 22-də Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Ekvadordan olan həmkarı Pedro Xose Vintimilla Veqanı ofisində qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Mariyana Kuyundziçin etimadnaməsini qəbul edib. Primeinfo.az xəbər verir ki, Mariyana Kuyundziç etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Dövlətimizin başçısı Tirana və Kopenhagendə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşlərini məmnunluqla xatırlayaraq, həmin görüşlər əsnasında əməkdaşlığımızın inkişaf perspektivlərinə dair ətraflı müzakirələrin aparıldığını bildirdi.
“Almaniya 1990-cı ildə baş vermiş birləşmədən sonra yenidənqurma məsələlərində əldə etdiyi təcrübəsi ilə Qarabağda yenidənqurma ilə əlaqəli ola biləcək bir çox sahədə liderlik edir. Bura texnologiya, mühəndislik və dayanıqlılıq da daxildir. Biz Qarabağın “Yaşıl zona” kimi inkişafını böyük maraqla izləyirik”.
CAR-ın Fransadakı səfiri Nkosinati Emmanuel Mtetva Parisdə ölü tapılıb. Primeinfo.az Fransa mətbuatına istinadən xəbər verir ki, səfirin cəsədi “Hyatt” hotelinin qarşısında tapılıb. İlkin məlumata görə, 58 yaşlı diplomat hotelin 22-ci mərtəbəsindən özünü atıb.
Quru sərhədlərin açılması ilə bağlı danışıqlar aparılır. Primeinfo.az xəbər verir ki, bunu bu gün Ərdəbilə səfər edən İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu iki ölkə arasında sərhədlərin açılması və əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan danışıqlarla bağlı açıqlama verərkən, bildirib. O qeyd edib ki, ən mühüm mövzulardan biri də iki ölkə arasında sərhəd keçid məntəqələrinin yenidən açılması və nəqliyyat axınının bərpasıdır.