Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Səfir

Gürsel İsmayılzadə yeni vəzifəyə təyin olundu

Gürsel İsmayılzadə yeni vəzifəyə təyin olundu

Azərbaycanın Yaponiyadakı keçmiş səfiri Gürsel İsmayılzadə yeni vəzifəyə təyinat alıb. Primeinfo.az xəbər verir ki, bu ilin oktyabrında geri çağırılan G.İsmayılzadə Azərbaycan Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Qeyd edək ki, Gürsel İsmayılzadə ilk dəfə təxminən 8 il ərzində 2011-ci ildən 2019-cu ilə qədər Azərbaycanın Yaponiyadakı səfiri olub.

Rusiya səfiri Moldova XİN-ə çağırılıb

Rusiya səfiri Moldova XİN-ə çağırılıb

Rusiyanın Kişineudakı səfiri Oleq Ozerov Moldova Xarici İşlər Nazirliyinə (XİN) gedib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. O.Ozerov, XİN-ə Moldovanın hava məkanı üzrərindən bir neçə pilotsuz uçuş aparatının (PUA) uçuşu ilə bağlı yayılan məlumatlardan sonra izahat vermək üçün dəvət edilib.

Polşa buna görə İsrail səfirini çağırdı

Polşa buna görə İsrail səfirini çağırdı

Polşa Xarici İşlər Nazirliyi İsrail səfiri Yakov Livneni çağırıb. Primeinfo.az bu barədə “Ynet”ə istinadən xəbər verir. Məlumata görə, səfir “Yad Vaşem” institutunun “X”dəki paylaşımı ilə bağlı izahat vermək üçün çağırılıb.

Rusiya XİN: "Azərbaycan səfirliyinə dəymiş ziyan araşdırılır"

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, söhbət zamanı 14 noyabrda Azərbaycan tərəfindən Kiyevdəki Azərbaycan diplomatik nümayəndəliyinin binalarına, əmlakına və ərazisinə dəyən ziyanla bağlı daxil olan müraciətin səlahiyyətli Rusiya qurumları tərəfindən diqqətlə araşdırılıldığı qeyd olunub.

Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşüb

Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkmənistanın Bakıdakı səfiri Qurbanməmmet Elyasovla görüşüb. Primeinfo.az Türkmənistan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivli istiqamətləri müzakirə edilib.

Birol Akgün Azərbaycan xalqını təbrik etdi

Birol Akgün Azərbaycan xalqını təbrik etdi

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Primeinfo.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. “Can Azərbaycanın Zəfər Günü mübarək olsun.

Tokayev Qazaxıstanın Azərbaycandakı səfirinə "Hörmət" ordeni verib

Tokayev Qazaxıstanın Azərbaycandakı səfirinə "Hörmət" ordeni verib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu ölkənin Azərbaycandakı səfiri Alim Bayeli “Hörmət” ordeni ilə təltif edib. Bu barədə Primeinfo.az Qazaxıstanın Azərbaycandakı səfirliyinə istinadən məlumat verilib. Bildirilib ki, Alim Bayelə həmin dövlət mükafatını Qazaxıstanın xarici işlər naziri Yermek Köşerbayev təqdim edib.

İran səfiri Naxçıvana gedib - FOTO

İran səfiri Naxçıvana gedib - FOTO

Noyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu ilə görüşüb. Primeinfo.az xəbər verir ki, görüşdə dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətləri nəticəsində iki ölkə arasında yaranan qarşılıqlı əlaqələrdən, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının bu əlaqələrdə rolundan danışılıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Əziz Mənsuri görüşdə iştirak edib.