Elnur İxtiyar oğlu Sultanov Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb. Dövlət başçısnın sigər Sərəncamı ilə Elnur Sultanov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Nərminə Elsevər qızı Mustafayeva Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının bir neçə xarici ölkədəki səfirlərini geri çağırıb. Primeinfo.az xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq sərəncamlar imzalayıb. Belə ki, Zaur Rəşid oğlu Əhmədov Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Danimarka Krallığında, Finlandiya Respublikasında və Norveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Rumıniya Xarici İşlər Nazirliyi ölkənin hava məkanını pozan üçüncü pilotsuz uçuş aparatının (PUA) hərbi qırıcılar tərəfindən vurulmasından sonra Rusiyanın Buxarestdəki səfiri Vladimir Lipayevi nazirliyə çağırıb.
Rəşad Aslanov Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfiri vəzifəsindən geri çağırılıb.
Almaniya Azərbaycana yeni səfir təyin edib. Primeinfo.az xəbər verir ki, bu barədə Almaniya Federal Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Almaniyanın Omandakı sabiq səfiri Dirk Lölke Azərbaycana yeni səfir təyin olunub.
Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası Almaniya XİN-ə istinadən məlumat yayıb. Rusiyanın Almaniyaya, onun Avropa İttifaqındakı tərəfdaşlarına və Ukraynaya qarşı apardığı kiberkampaniyanın səfirin XİN-ə çağırılmasına səbəb olduğu bildirilib.
Ermənistan Pakistana ilk səfirini təyin edib. Primeinfo.az “Armenpress”ə istinadən xəbər verir ki, Ermənistan Prezidenti bununla bağlı fərman imzalayıb. Fərmana əsasən, Karen Qriqoryan Ermənistanın Pakistanda səfiri təyin edilib.
Azərbaycanın Perudakı səfiri Seymur Fətəliyev etimadnaməsini bu ölkənin Prezidenti Xose Mariya Balkasar Zeladaya təqdim edib.
Küveyt Dövlətinin səhiyyə naziri Əhməd Abdulvahab Əl-Əvadi ilə Azərbaycanın bu ölkədəki səfiri Emil Kərimov arasında görüş keçirilib.