Xəbər axtarın

Son axtarış nəticələri:

Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin EDİLDİ - DOSYE

12.08.2026 11:26

Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin EDİLDİ - DOSYENərminə Elsevər qızı Mustafayeva Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Yeni səfirin dosyesini təqdim edirik:

Nərminə Mustafayeva Naxçıvanda anadan olub.

O, bu təyinata qədər Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu, eyni zamanda Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrində çalışıb.

Nərminə Mustafayeva keçmişdə jurnalist olub. O, 90-cı illərin sonu-2000-ci illərin əvvələrində ANS televiziyasında müxbir kimi çalışıb, “Xəbərçi” proqramının aparıcısı olub. Həmin vaxtlar Nərminə Rüstəmova ad-soyadı ilə tanınan telejurnalist daha sonralar Prezident Adminsitrasiyasının Protokol xidmətində işləyib. Ailə qurandan sonra Mustafayeva soyadını götürüb.

ABŞ-ın Virciniya ştatının Old Dominion Universitetindən Beynəlxalq biliklər üzrə magistr dərəcəsinin sahibi olan N.Mustafayeva həmçinin Azərbaycan Dövlət Dillər Universitetinin də məzunudur.

O, Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Azərbaycan Prezidenti tərəfindən 2018-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.

Evlidir, üç övladı var.

 

 

 

 

 

Paylaş: