Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: xamneyi

Xamneyinin səhhəti ilə bağlı AÇIQLAMA

İranın ali lideri Müctəba Xamneyinin səhhəti ilə bağlı açıqlama verilib. Modern.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi “India Today” telekanalına müsahibəsində onun vəziyyətinin yaxşı olduğunu bildirib. Bəqayi qeyd edib ki, ölkənin dövlət sistemi də normal və effektiv şəkildə fəaliyyət göstərir.

Tramp Müctəba Xamneyini tanımır

ABŞ Prezidenti Donald Tramp jurnalistlərə verdiyi son müsahibəsində İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin legitimliyini və hazırkı statusunu kəskin şəkildə şübhə altına alıb. Ağ Ev rəhbəri Müctəba Xameneinin hazırda harada olduğunun bilinmədiyini, heç bir yerdə görünmədiyini və faktiki olaraq qərar qəbul etmək iqtidarında olmadığını vurğulayaraq, “O, əlçatmazdır, heç kim onunla nə baş verdiyini bilmir, mən onu lider hesab etmirəm” deyə bəyan edib. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, Trampın çıxışında nüvə sazişi ilə bağlı da mühüm detallar yer alıb.

Xamneyi təcrid olunub, mesajlara cavab vermir

İranın yeni Ali Rəhbəri Müctəba Xamneyi yaralı, təcrid olunmuş vəziyyətdədir və ona göndərilən mesajlara cavab vermir. Bu barədə “The Washington Post“ qəzeti ABŞ və İsrail təhlükəsizlik rəsmilərinə istinadən məlumat yayıb. İsrail rəsmilərinin sözlərinə görə, SEPAH və bəzi din xadimləri ölkədə nəzarəti gücləndiriblər.

Xamneyi Laricaninin ölümünə görə qisas vəd etdi

İranın yeni ali dini lideri Müctəba Xamneyi Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin İsrail tərəfindən öldürülməsinə münasibət bildirib. Primeinfo.az xəbər verir ki, o, yaydığı bəyanatda hücumu həyata keçirənləri “cinayətkarlar” adlandırıb və onların tezliklə bunun əvəzini ödəyəcəyini vurğulayıb. Xatırladaq ki, Əli Laricani martın 17-də ABŞ və İsrailin həyata keçirdiyi hücum nəticəsində həlak olub.

Xamneyi yeni müraciət edəcək - XİN

İranın yeni seçilmiş Ali Lideri Ayətullah Müctəba Xamneyi yaxşı vəziyyətdədir və tezliklə ictimaiyyət qarşısında çıxış edə bilər. Primeinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqai NDTV-yə bildirib. “Sizə deyə bilərəm ki, o, yaxşıdır”, – Baqai qeyd edib.

Trampdan Xamneyi haqqında: "Ölmüş ola bilər"

ABŞ prezidenti Donald Tramp İran ətrafında yaranmış gərginlik və NATO ilə münasibətlər barədə bir sıra diqqətçəkən açıqlamalar verib. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, Tramp çıxışında həm İranla bağlı mövqeyini açıqlayıb, həm də NATO ölkələrinə kəskin iradlar bildirib. Trampın sözlərinə görə, ABŞ uzun illər ərzində NATO ölkələrinin təhlükəsizliyi üçün böyük maliyyə xərcləri çəkib, lakin çətin məqamda alyans Vaşinqtonun yanında dayanmayıb.

ABŞ-ın müharibə naziri: "Xamneyi şikəst qalıb"

İranın yeni Ali Rəhbəri Müctəba Xamneyi yaralanıb. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında bildirib. Heqsetin sözlərinə görə, Müctəba Xamneyi böyük ehtimalla şikəst qalıb.

Xamneyi bacısı və həyat yoldaşının ölümündən danışdı

İranın yeni ali lideri Müctəba Xamneyi həyat yoldaşı və bacısının ABŞ-İsrail əməliyyatı zamanı həlak olduğunu təsdiqləyib. Primeinfo.az xəbər verir ki, onun bəyanatı İran dövlət televiziyası tərəfindən yayımlanıb. “Ölümü ictimaiyyətə açıqlanan atamla yanaşı, sevimli və sədaqətli həyat yoldaşım, ata-anasına xidmət edən, layiqli mükafatını alan sədaqətli bacım və azyaşlı övladı da şəhid oldu”, – o qeyd edib.