Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Benzin

Rusiyaya Belarusdan benzin idxalı tarixi maksimuma çatıb

Rusiyaya Belarusdan benzin idxalı tarixi maksimuma çatıb

Rusiya iyun ayında Belarusdan benzin idxalını tarixi maksimum həddə çatdırıb. Primeinfo.az xəbər verir ki, “Vedomosti” qəzetinin Qiymət İndeksləri Mərkəzinin (QİM) məlumatlarına istinadən yaydığı xəbərə görə, iyunun 1-dən 25-dək Rusiyaya 141 min ton benzin idxal edilib. Bu, may ayı ərzində tədarük olunan həcmdən 2,4 dəfə, 2025-ci ilin iyun ayı ilə müqayisədə isə təxminən 141 dəfə çoxdur.

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb. Primeinfo.az  xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,12 dollar və ya 1,56 faiz artaraq 72,93 dollar olub. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Rusiyada 10 km-lərlə benzin növbəsi yaranıb - BÖHRAN - VİDEO

Rusiyada 10 km-lərlə benzin növbəsi yaranıb - BÖHRAN - VİDEO

Ukraynanın Rusiyaya cavab atəşləri zamanı ölkənin nefr sektoruna aid 10 əsas neftayırma zavodundan 9-nu vurması ölkədə yanacaq böhranı yaradıb. Milyonlarla nəqliyyat vasitəsi yanacaqsız qalıb. Federasiya subyektlərinin hamısında ehtiyat bitmək üzrədir.

Krımda yanacaq böhranı: Benzin talonla satılmağa başlanır

Krımda yanacaq böhranı: Benzin talonla satılmağa başlanır

Krımın ən böyük iki yanacaqdoldurma məntəqəsi şəbəkəsi olan TES və ATAN bu gümdən etibarən AI-95 benzininin sərbəst satışını dayandırıb. Primeinfo.az xəbər verir ki, məlumatı qondarma respublikanın “rəhbəri” Sergey Aksyonov açıqlayıb: “31 maydan etibarən AI-95 benzini Krım Respublikasında bələdiyyə və sosial nəqliyyat üçün prioritet olaraq, eləcə də kuponla həcm məhdudiyyəti olmadan satılacaq. Lakin AI-95 benzini ATAN və TES yanacaqdoldurma məntəqələrində yalnız kuponla satılacaq”.

Benzinin qiyməti REKORD HƏDDƏ

Benzinin qiyməti REKORD HƏDDƏ

ABŞ-da benzinin qiyməti bir gündə qallon üçün 4,18 dollara (litr üçün təxminən 1,10 dollar) yüksəlib ki, bu da 2022-ci ilin avqust ayından bəri ən yüksək göstəricidir. Primeinfo.az xəbər verir ki, bu barədə Amerika Avtomobil Assosiasiyasının məlumatında bildirilib. Qiymət bir gündə təxminən 6 sent artıb ki, bu da son beş həftədə ən böyük bir günlük artımdır.

Azərbaycanda əhali ötən il benzin və dizelə bu qədər pul xərcləyib

Azərbaycanda əhali ötən il benzin və dizelə bu qədər pul xərcləyib

2025-ci ildə Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3,856 milyard manatlıq avtomobil benzini və dizel yanacağı satılıb. Primeinfo.az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib. Məlumata əsasən, bu göstərici 2024-cü illə müqayisədə 7,8% çoxdur.

Azərbaycan benzini Ermənistana çatıb

Azərbaycan benzini Ermənistana çatıb

Azərbaycadan 1300 ton Aİ-95 benzini (yüksək oktanlı yanacaq) daşıyan yük qatarı Gürcüstan-Ermənistan sərhədini keçib. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan sosial mediada bildirib. Dünən Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mher Qriqoryan və Şahin Mustafayev arasında 28 noyabrda Qəbələdə keçirilən görüşdə əldə edilən razılaşmalara uyğun olaraq, SOCAR neft məhsullarının ilk partiyasını daşıyan 22 vaqonlu yük qatarının Azərbaycandan Ermənistana yola düşdüyü bildirilmişdi.

Azərbaycanda Aİ-95 benzininin istehsalı DAYANDIRILACAQ

Azərbaycanda Aİ-95 benzininin istehsalı DAYANDIRILACAQ

Gələn il Azərbaycanda Aİ-95 markalı avtomobil benzininin istehsalı planlaşdırılmır. Primeinfo.az xəbər verir ki, bu, 2026-cı il üçün dövlət büdcəsi zərfində əksini tapıb. Sənədə əsasən, 2026-cı ildə aksizlər üzrə daxilolmalar 1 milyard 584 milyon manat səviyyəsində nəzərdə tutulur.