
Azərbaycan nümayəndə heyəti İranın mərhum ali rəhbəri Əli Xamneyinin vida mərasimində iştirak edib.
Primeinfo.az xəbər verir ki, mərasimdə iştirak edən Milli Məclisin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev və digər rəsmilər İran Prezidenti Məsud Pezeşkiana, bu ölkənin xarici işlər naziri Abbas Arakçıya və parlamentin sədri Məhəmməd Bağır Qalibafa başsağlığı veriblər.