
Türkiyədə Zonquldağda Qara dəniz sahilində pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.
Primeinfo.az xəbər verir ki, bu barədə “İhlas” agentliyi məlumat yayıb.
Polis PUA-nın aşkarlandığı Çaycuma rayonunun Filyos qəsəbəsində Qara dəniz sahilində genişmiqyaslı təhlükəsizlik tədbirləri görüb.
Hərbi təyinatlı olduğu ehtimal edilən PUA ilə əlaqədar aparılacaq texniki ekspertizadan sonra rəsmi açıqlama veriləcəyi gözlənilir.