
Azərbaycanda vətəndaşların hüquqi maarifləndirilməsi və hüquqlarının müdafiəsinə dəstək məqsədilə “Konstitusiya” Araşdırmalar Fondu yeni təşəbbüslə çıxış edib.
Primeinfo.az xəbər verir ki, fond vətəndaşlara dövlət qurumlarına ünvanlamaq istədikləri ərizə və ya şikayətlərin hazırlanması üzrə ödənişsiz hüquqi dəstək göstərir.
Fonddan verilən məlumata görə, gündəlik həyatda qarşılaşılan sosial, infrastruktur, səhiyyə, təhsil və digər sahələrlə bağlı problemlər üzrə rəsmi müraciətlərin (ərizə və ya şikayətin) hüquqi cəhətdən düzgün tərtib olunmasında çətinlik çəkən şəxslər fondun hüquqşünaslarının yardımından faydalana bilərlər.
“Konstitusiya” Araşdırmalar Fondunun təcrübəli hüquqşünasları vətəndaşların problemlərini araşdıracaq, onların müraciətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə hazırlamağa dəstək göstərəcəklər.
Göstərilən xidmətlər tamamilə ödənişsizdir və vətəndaşlara operativ hüquqi yardımın göstərilməsi məqsədi daşıyır.
Hüquqi dəstək almaq istəyən şəxslər 050 517 37 20 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.